Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Gənclərin karyera yüksəlişində özəl sektor da yaxından iştirak edir Mehriban Vəliyeva

Gənclərin karyera yüksəlişində özəl sektor da yaxından iştirak edir Mehriban Vəliyeva

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hər bir dövlətin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri də uğurlu gənclər siyasətinin düzgün təşkilidir. Gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının hazırlanması strateji məqsədlərdən biridir. Onların hərtərəfli inkişafı, ictimai-siyasi proseslərdə aktiv rol oynaması və karyera qurması üçün dövlət tərəfindən atılmış addımlar bu gün öz müsbət nəticələrini göstərməkdədir. Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də gənclərlə bağlı istiqamətlər xüsusi yer tutur. Bu strateji sənəddə  5 əsas istiqamətlərin hər birində gənclərlə bağlı məqamlar var. Sərəncamda öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;  dinamik, inklüziv, sosial ədalətə əsaslanan cəmiyyət;  rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı kimi istiqamətlər  həm də gənclərin inkişafı, onların karyerə yüksəlişinin təmin edilməsi ilə bağlıdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, gənclərin hərtərəfli inkişaf proqramları təkcə dövlət qurumları deyil, eyni zamanda özəl sektor tərəfindən də hazırlanıb həyata keçirilməlidir:

“Dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabətin daha da artması yeni şərtlər yaradır. Gələcəkdə ölkələr artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalı formalaşdırmalıdırlar. Bunun üçün isə modern təhsil, innovasiyaları təşviq edən münbit şərait  şərtdir. Müasir dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün təkcə məktəblərin deyil, həm də müasir standartlara uyğun qurulmuş, tenxologiyayönümlü özəl sahibkarlıq subyektləri də addımlar atmalıdrlar. Gənclərə fərqli bacarıqlar, ixtisaslar və peşələr öyrədilməlidir. Başqa sözlə ifadə etsək,  yüksək keyfiyyətli təhsil almaq gənclər üçün əlçatan olmalıdır. Onlar əmək bazarının tələblərinə uyğun kadr kimi yetişmək üçün böyük maneələrlə qarşılaşmamalıdırlar. Çox müsbət haldır ki, son illər ölkəmizdə özəl qurumlar da gənclərin karyera arzularının gerçəkləşməsi istiqamətində əhəmiyyətli addım atırlar. Ölkəmizin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən sənaye müəssisələri bu gün gənc kadrların yetişdirilməsində mühüm rol oynayır. Gənclərə hərtərəfli dəstək 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilən Sumqayıtda da müşahidə olunmaqdadır. Şəhərimizdə fəaliyyət göstərən sənaye parkları, zavod və müəssisələr gənclər üçün təkcə iş yeri deyil, həm də karyera inkişafı mərkəzidir. Məsələn: Sumqayıt Texnologiya Parkında gənclərə  təcrübə qazanmaq üçün lazımi şərait yaradılıb. Gənc mühəndis xanımların inkişafı layihəsi olan “Zərif Mühəndislər” bu günə qədər yüzdən çox gənc xanımın karyera qurmasında önəmli rol oynayıb. “Zərif mühəndislər” xanımların inkişafı proqramının başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Mərkəzdə təlimlərə cəlb olunan gənc xanımlar STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü də alır. “Sabahın Gücü” inkişaf proqramı  isə  ümumiyyətlə,  mühəndislik ixtisası üzrə təhsil alan gənclərin müasir dövrün tələbinə uyğun inkişafı üçün nəzərdə tutulub. STP nəzdində müəssisələrin kadr ehtiyacına uyğun mühəndis hazırlığı, peşəkar inkişafa dəstək verən,  təcrübi imkanları, yumşaq bacarıqları təmin edən proqram və layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Bu gənclərin layihə müddəti təqaüd alması və layihədən sonra işlə təmin olunma imkanı stimullaşdırıcı addımlardır.Bütün bunlar təhsil və sənaye tərəfdaşlığının nümunəsidir. Əslində, müəssisələr özləri üçün kadr yetişdirməkdə maraqlı olmalıdırlar. Bu tipli layihələrin regionlara tətbiqi də arzuolunandır.”. 

M.Vəliyeva əlavə etdi ki, peşəkar gənc kadrların yetişməsi Böyük Qayıdış Proqramının da uğurla icra edilməsini şərtləndirir: “İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında bizim peşəkar gənc kadrlara böyük ehtiyacımız var. Həmin zonaların  “Yaşıl zona” elan edilməsi  yeni peşələrin və yeni kadr potensialının formalaşmasını da şərtləndirir.

Regionların sosial-iqtisadi imkanlarına uyğun peşə təhsilinin qurulması da bir çox problemlərin həllinə yol açır. Regionların məşğulluq problemini həll edir, şəhərə axının qarşısını alır. Eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdacaq gənclərimizin orada işlə təmin edilməsi üçün onların əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasını da təmin edər. Bu istiqamətdə Dual Peşə təhsili də yaxşı imkandır. Təhsil və sənaye tərəfdaşlığı istiqamətində regionlarda həyata keçiriləcək layihələr həmin regionun sosial-iqtisadi imkanlarına uyğun kadr potensialının formalaşdırılması, məşğulluq probleminin həlli və şəhərə axının qarşısının alınmasına kömək edə bilər.  Dövlət və özəl sektor tərəfindən birgə bu istiqamətdə  işlərin görülməsi öz müsbət nəticəsini göstərəcəkdir. Şübhə yoxdur ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan istiqamətlər və hazırda bu strateji proqramdan irəli gələn tədbirlərin icrası yönündə atılan addımlar  gənclər siyasətinin dövlətimizin inkişaf stratejiyasındakı əhəmiyyətini göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri