Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Gənclərin ürəyi sürətlə məhv olur KONKRET

Gənclərin ürəyi sürətlə məhv olur KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Əhali arasında ürək-damar sistemi xəstəliklərinin artması artıq sirr deyil. Bu, demək olar ki, hər gün və hər yerdə rast gəlinən bir problemdir. Həmin xəstəliklərin artmasının əsas səbəbi “risk amilləri” adlandırılan bir sıra faktorların əhali arasında geniş yayılmasıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, kardioloq Rafiq Yusifli deyib.

O, düzgün qidalanmamanın bu prosesə böyük təsir göstərdiyini vurğulayıb:

“Bu risk amillərinə arterial hipertenziya (yüksək qan təzyiqi), şəkərli diabet, piylənmə, siqaret çəkmək, stress, az hərəkətli və oturaq həyat tərzi daxildir. Qeyd etmək lazımdır ki, bu hal təkcə bizim ölkəmiz üçün deyil, dünyanın bütün ölkələri üçün xarakterikdir.

Risk amilləri adətən tək-tək deyil, bir insanda, eyni zamanda, bir neçəsi müşahidə olunur. Məsələn, bir xəstədə həm yüksək qan təzyiqi, həm şəkərli diabet, həm piylənmə ola bilər, eyni zamanda az hərəkətli həyat tərzi sürər və idmanla məşğul olmaz. Üstəlik, buna irsi meyillik də əlavə oluna bilər. Bu amillərdən biri olduqda risk nisbətən azdır, lakin iki və ya daha çox risk amili bir araya gəldikdə ürək-damar sistemində ciddi zədələnmələr baş verir.

Xüsusilə düzgün qidalanmamaq bu prosesə güclü təsir göstərir. Qidada xolesterinin artmasına səbəb olan ağır və qeyri-sağlam yağların, xüsusən də süni yolla hazırlanmış yağların istifadəsi damar divarlarının zədələnməsinə səbəb olur. Nəticədə damarların daxilində “xolesterin lövhələri” yaranır. Bu lövhələr stress, güclü emosional gərginlik və ya yaşa uyğun olmayan ağır fiziki işlər zamanı zədələnir və onların üzərində tromb əmələ gəlir.

Bu isə ürək-damar sistemi xəstəliklərinin ən təhlükəlilərindən olan işemik ürək xəstəliyinə, stenokardiyaya və miokard infarktına səbəb olur. Əgər bu zədələnmələr beyin damarlarında baş verərsə, hətta gənc yaşlarda insult (iflic) kimi ağır xəstəliklər yarana bilər. Bütün bunlar insan ömrünün qısalmasına və həyat keyfiyyətinin azalmasına gətirib çıxarır”.

Həkim bildirib ki, gənclər arasında siqaret çəkmə, az hərəkətli həyat tərzi xeyli artıb:

“Bu xəstəliklərin yaş baxımından gənclər arasında artmasının əsas səbəbi də risk amillərinin məhz gənclər arasında daha çox yayılmasıdır. Bu gün gənclər arasında siqaret çəkmə, az hərəkətli həyat tərzi və düzgün qidalanmama halları xeyli artıb. Nəticədə həm piylənmə, həm də damar divarlarında xolesterinin yığılması baş verir və bu da xəstəliklərin yaranmasına zəmin yaradır.

Bir daha vurğulamaq istəyirəm ki, bu problem yalnız bizim ölkəyə aid deyil, bütün dünyada mövcuddur. Sadəcə olaraq, maarifləndirmə aparılan cəmiyyətlərdə insanlar məlumatlanır və öz sağlamlıqlarına daha çox diqqət yetirirlər. Müasir dövrdə internet, süni intellekt, televiziya, radio və mətbuat vasitəsilə xəstəliklərin səbəbləri və onlardan qorunma yolları haqqında kifayət qədər məlumat mövcuddur.

Buna baxmayaraq, bir çox insanlar saatlarla kompüter və telefon qarşısında vaxt keçirir, lakin heç olmasa gündə 15 dəqiqə ayırıb düzgün qidalanma və sağlam həyat tərzi haqqında məlumat əldə etməyə vaxt tapmırlar. Halbuki bu mövzuda qəzetlərdə, radioda və televiziyada davamlı olaraq məlumatlar verilir. Təəssüf ki, əhalinin böyük bir hissəsi bu tövsiyələrə laqeyd yanaşır”.

Rafiq Yusifli söyləyib ki, səhiyyə maarifləndirilməsi və profilaktik tədbirlər ürək-damar xəstəliklərinin qarşısını almağın əsas yoludur:

“Xüsusilə gənclər arasında siqaret çəkməyi ən təhlükəli vərdişlərdən biri hesab edirəm. Mən işlədiyim kabinetdə ürək-damar sistemi xəstəlikləri aşkarlanan bütün xəstələrə siqareti dərhal tərgitməyi tövsiyə edirəm. Onlara deyirəm ki, əgər cəsarətin varsa, siqareti indi burada stolumun üstünə qoy və bir daha çəkmə. Stolumun yaxınlığındakı rəfdə xəstələrin qoyub getdiyi çoxlu siqaret qutuları var.

Lakin bəzi insanlar müxtəlif bəhanələr gətirir: “Yavaş-yavaş azaldaram”, “Sonra tərgidərəm”, “Birdən tərgidəndə mənə pis təsir edər”. Hətta elmi əsası olmayan şayiələrə inanaraq siqareti tərgitməkdən imtina edirlər. Mən onlara deyirəm ki, əgər bu gün siqareti tərgitsən, sənə zəmanət verirəm: xəstəliyin varsa, daha tez sağalacaq, sağlamamsansa isə xəstələnmə riskin xeyli azalacaq.

Təəssüf ki, stolumun üzərinə siqaretini qoymayan bir çox insan sonradan infarkt və ya başqa ağır xəstəliklərlə geri qayıdır. O zaman isə artıq gec olur.

Bu vəziyyətin qarşısını almağın əsas yolu səhiyyə maarifləndirilməsidir. Biz bu istiqamətdə çalışırıq: mətbuatda məqalələr dərc olunur, radio və televiziya çıxışları edilir. Xüsusilə gənclər arasında profilaktika məqsədilə səhər və ya axşam idmanının çox böyük faydası var.

20-25 il əvvəl hər binadan 3-4 nəfər idmana çıxırdısa, bu gün 10 nəfərə yaxın insanın idmanla məşğul olduğunu görmək mümkündür. Bu, müsbət haldır və biz bu istiqamətdə təbliğatı hamılıqla davam etdirməliyik”.

Həkim bildirib ki, xəstələrin dərman qəbulunda problemlər var:

“Bəzən xəstələrdə müəyyən xəstəliklərin ilkin əlamətləri müşahidə olunur. Məsələn, bəzi xəstələrdə xolesterin səviyyəsi yüksək olur, bəzilərində isə qan təzyiqi yüksəlir. Bu hallarda onlara dərman müalicəsi təyin edilir.

Lakin çox vaxt xəstələrin dərman qəbuluna münasibəti aşağı olur. İlk sualları belə olur: “Doktor, mən bunu ömrümün sonuna qədər qəbul etməliyəm, yoxsa yalnız qan təzyiqim yüksələndə?”

Biz xəstələrə izah edirik ki, qan təzyiqinin normal qalması üçün dərmanı müntəzəm olaraq qəbul etmək vacibdir. Qan təzyiqi yüksəkdirsə, dərmanı dayandırmaq üçün heç bir bəhanə olmamalıdır.

İndi yaxşı haldır ki, geniş dərman şəbəkəsi mövcuddur. Hətta belə dərmanlar var ki, tərkibində 2-3 aktiv maddə birləşdirilir və yalnız bir tablet qəbul etməklə gün ərzində qan təzyiqi normal qalır.

Bəzən xəstələr deyirlər ki, dərmana ehtiyac yoxdur, limon suyu içirəm, qatıq içirəm və ya başqa elmi əsası olmayan bəhanələr gətirirlər. Digər tərəfdən, piylənmə də ciddi risk faktorudur.

Xəstələrə izah edirik ki, piy toxuması yalnız bədənə ağırlıq gətirmir, həm də damarların məhv olmasına və tutulmasına səbəb olan ziyanlı maddələr ifraz edir. Bu isə damar divarının zədələnməsinə və xolesterinin damar divarında yığılmasına gətirib çıxarır”.

 R.Yusifov deyib ki, piylənmə də ciddi risk faktoru olaraq qalır:

“Bəzən xəstələr qidalanma ilə bağlı bəhanələr gətirirlər: “Heç nə yemirəm, az yeyirəm, amma su içsəm də kökəlirəm.” Biz onlara tövsiyə edirik ki, bir həftə ərzində qəbul etdikləri qidaların miqdarını qeyd etsinlər və vicdanla özlərini qiymətləndirsinlər. Bu zaman xəstə başa düşür ki, qida ilə bağlı məhdudiyyətləri düzgün yerinə yetirmək vacibdir.

Xüsusilə gənclər arasında fast-food yeməklər, enerji içkiləri, şəkər və kafein tərkibli içkilərin istifadəsi çox təhlükəlidir. Bu cür qidalanma şəkərli diabet, piylənmə və qan təzyiqinin yüksəlməsinə səbəb olan xəstəliklərin yaranmasına gətirib çıxarır.

Hazırda ölkəmizdə siqaret çəkənlərin sayı azalır. Bəziləri elektron siqaret istifadə edir, amma mətbuatda yayılan məlumatlara görə, onun ziyanı adi siqaretdən daha çox ola bilər. Həmçinin, nikotin az, nazik və ya az miqdarda olsa belə, gündə üç və ya daha çox siqaret çəkilirsə, bu artıq siqaret çəkən hesab olunur.

Lakin əgər bir şəxs siqareti bir il, iki il və ya daha uzun müddət tərk edirsə, zaman keçdikcə bədəni siqaretdən təmizlənir. Həkimlər xəstələri maarifləndirmək və təbliğat aparmaqla onların sağlamlığını qorumağa çalışırlar.

Hazırda xəstəliklərin sayı çoxalıb, lakin ürək-damar xəstəliklərinin erkən aşkar olunması, ağır stenokardiya və infarktın müalicəsi çox təkmilləşib. Orta və yaşlı insanların çoxunda damarlarla bağlı əməliyyatlar aparılıb və onların vəziyyəti yaxşı nəzarət altındadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri