Icma.az
close
up
RU
Gender bərabərliyi: milli inkişafın mühüm amili kimi

Gender bərabərliyi: milli inkişafın mühüm amili kimi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan qadınları tarixin bütün dövrlərində cəmiyyətin aparıcı qüvvələrindən biri olmuş, siyasi-iqtisadi və mədəni sahələrdə mühüm rol oynamışdır. Xanımlar yalnız ailə ocağının qoruyucusu deyil, həm də döyüşçü, dövlət xadimi və ziyalı kimi tanınmışdır. Qədim türk dövlətlərində qadınlar kişilərlə bərabər hüquqlara malik olmuş, siyasi-hərbi məsələlərdə fəal iştirak etmişlər. Bunun bariz nümunəsi olaraq, Tomris, Nüşabə, Sara Xatun, Möminə Xatun kimi tarixi qadın şəxsiyyətlər qeyd edilə bilər. “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının döyüş meydanında cəsarəti təsvir edilmiş, bu da onların yalnız ailə həyatında deyil, həm də ictimai-siyasi sahədə mühüm rolunu əks etdirmişdir.

Azərbaycan qadınlarının 1918-ci ildə Şərqdə ilk dəfə seçib-seçilmək hüququ əldə etməsi onların cəmiyyətin inkişafına verdiyi davamlı töhfələrin göstəricisidir. Bu hüquq qadınların dövlət idarəçiliyinə və digər sferalarda daha fəal rol oynamasına imkan yaratmışdır. XX əsrin əvvəllərində maarifçilik hərəkatının güclənməsi ilə qadınların təhsilə marağı artmış, onların elm və mədəniyyət sahələrində fəaliyyəti genişlənmişdir.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində qadın hüquqlarının qorunması, gender siyasətinin gücləndirilməsi və qadınların sosial-iqtisadi sferalarda daha geniş yer tutması istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu bəyannamə qadınların siyasi, iqtisadi və sosial sferalarda rolunun artırılmasını nəzərdə tutur. Müstəqil Azərbaycanın Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan bu mükəmməl və mütərəqqi sənəd qadın və kişilərin bərabər hüquqlarını təmin edir.
Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.
Ulu Öndərin gender siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla təkmilləşdirilərək ən yüksək səviyyədə davam etdirilir. Onun rəhbərliyi ilə regionun lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin həyata keçirilməsi sahəsində atılan addımlar beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. Qadın hüquqlarının müdafiəsi və onlar üçün geniş imkanların yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib və bu qurum hazırda uğurla fəaliyyət göstərir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qəbul olunmuş qanunlar bu istiqamətdə həyata keçirilən müdrik siyasətin bariz nümunələrindəndir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva respublikamızın dinamik inkişafının təmin edilməsində, həmçinin qadınların ölkəmizin ictimai-siyasi həyatında fəallığının artırılmasında misilsiz xidmətləri olmuşdur. O, tibb, təhsil, incəsənət və xeyriyyəçilik sahəsində həyata keçirdiyi layihələrlə qadınların cəmiyyətə töhfələrini genişləndirmişdir. Onun beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş uğurlu fəaliyyəti qadınların qlobal arenada nüfuzunun artırılmasına xidmət edir.
Bu gün Azərbaycan qadınları parlamentdə, hökumət qurumlarında, biznes sektorunda, elmi və mədəni sahələrdə mühüm mövqelər tutur. Qadınlar ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur, həmçinin xanımlar müxtəlif beynəlxalq forumlarda və təşkilatlarda fəal şəkildə iştirak edərək ölkənin maraqlarını qətiyyətlə müdafiə edirlər. Qadınlar ordu və hüquq-mühafizə sistemində də mühüm rol oynayırlar. Xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, tibb xidmətində və digər hərbi sahələrdə yüzlərlə qadın fəaliyyət göstərir. Onlar döyüş meydanlarında da öz şücaətləri ilə seçilmişlər.
Ötən dövrdə qadın sahibkarların sayı artmış, onlar iqtisadi sahədə fəal iştirak etməyə başlamışlar. Dövlətin həyata keçirdiyi müxtəlif sosial proqramlar çərçivəsində xanımların məşğulluq səviyyəsinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu gün qadınlar qeyri-hökumət təşkilatlarında, elmi və texnoloji inkişaf sahələrində də mühüm uğurlar qazanırlar. Müasir Azərbaycan qadınları öz bilik və bacarıqları, intellektual potensialı və sosial fəallığı ilə ölkənin inkişafına dəyərli töhfələr verməkdə davam edir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri