Icma.az
close
up
RU
Tüstüyə bürünən “gender bərabərliyi”?

Tüstüyə bürünən “gender bərabərliyi”?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəstə-dəstə qızlar, oğlanlar...səhərlər təhsil müəssisəsinə, kimi isə işə tələsirlər. Yolumun “Koala” parkına düşən hissəsində çəliyini özünə dayaq edərək, var-gəl edən yaşlı kişilər, qadınlar səhər havasını ciyərlərinə çəkirlər. Günə idmanla başlayanlar da yollarını buradan salırlar.

Həftənin ilk iş günü də piyada işə getmək qərarına gəldim. Evdən çıxıb “Azadlıq prospekti”ndən təzəcə yola düzəlmişdim ki, hardansa buğum-buğum çıxan acı tüstü dalğası bir andaca gözümə, nəfəsimə doldu. Tanış mənzərədir, nə edəsən?! Qalıb gözləməlisən ki, səndən 1 addım qabaqda gedənlərlə ara məsafə çoxalsın və zəhrimarın tüstüsünü udmayasan. Ya da səndən qabaqda siqaret tüstülədə-tüstülədə gedən kişiləri qabaqlayasan ki, bu da qadınlar üçün müşkül məsələdir.

Adətən, ana-bacılarını, uşaqlarını vecinə almayan kişilər elə küçədəkilərə də bu cür yanaşırlar. Siqaret damaqlarında irəlilədikcə, 100–150, bəlkə də daha çox uşaq, qadını zəhərləyirlər. Hələ insanların kütləvi hərəkət etdiyi yerləri demirəm. Məsələn, elə yolumun üstündə metronun 28 May stansiyası tərəfdə 1 nəfərin “buraxdığı” tüstü onlarca insan üçün təhlükə mənbəyidir.

Beləcə düşünə-düşünə siqaret çəkdiklərini zənn etdiyim qarşıdakı 2 cavan oğlanı tərs-tərs süzürəm. Onlardan biri “Yiyəsizlər. Bunları kim buraxıb küçəyə”, digərinin isə “Gəl qabaqlayaq, arxada nə qədər tüstülədirlər, tüstülətsinlər”, – deyərək, özlərindən irəlidə gedən qızlardan güllə kimi uzaqlaşırlar.

Gördüyüm mənzərə məni sarsıtdı desəm, yəqin, yalan olmaz. Qarşımda “parovoz” kimi tüstülədənlər qızlar idi. 2 qız barmaqları arasında sıxdığı elektron siqareti ağzına aparan kimi, sanki tüstü burulğanı əmələ gəlirdi. Digər 2-si isə barmaqlarının arasında saxladıqları siqaretlərdən burula-burula çıxan tüstünü əlləri ilə yelləyərək əylənirdi. Başqa çıxış yolum yox idi. “Azadlıq prospekti” boyunca düz yolu qızlarla daban-dabana sonacan getməli, üfürdükləri tüstünü udmalı idim.

Deməli, piyada gəzməklə də sağlamlığımızı qoruya bilmirik. Özüm bir yana, o balacaları yeriməyə məcbur etməyimiz də mənim üçün mənasız oldu. “Koala” parkı tərəfdə qızların birinin tulladığı və hələ də tüstülənən siqaretin kötüyünü yemək gözləyən göyərçinlərdən birinin götürməsi də acı səhnələrdən biri idi, səhərin havasını udmaq üçün çətinliklə çəliklə irəliləyən qocaların cidd-cəhdi də.

Ən böyük faciə isə sağlam gələcəyə bu cür “sağlam” qadınlarla getməyimizdir. Adətən, yazılarımda gender bərabərsizliyinə tez-tez toxunur, qızlarımızı həyatın bütün sahələrində fəallıq göstərməyə çağırıram. İndi isə düşünürəm ki, gender bərabərliyi budursa, o bizə lazım deyil.

Leyla QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri