Icma.az
close
up
RU
“Gender bərabərliyi”, yoxsa “gender münasibətləri”?

“Gender bərabərliyi”, yoxsa “gender münasibətləri”?

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Maarifləndirməyə ehtiyac var

Bütün dünyada gender bərabərliyi probleminin həlli BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən biridir. Demokratik və sivil cəmiyyətin göstəricisi sayılan gender bərabərliyinin təmini üçün Azərbaycanda həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən məqsədəuyğun siyasət yürüdülür. Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza “gender bərabərliyi” şəklində daxil olub. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir.

Dünyada və Azərbaycanda qadın hüquqlarının təmin edilməsində böyük irəliləyişlər əldə olunub və qadın müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, intensiv işlər həyata keçirilir. Dünya miqyasında ilk dəfə qadınlar və onun problemləri haqqında məsələ 1975-ci ildə qaldırıldı və həmin il “qadın ili” elan olundu. Elə həmin il Mexikoda Qadınların Ümumdünya konfransı çağrıldı. II Ümumdünya qadın konfansı 1980-ci ildə Danimarkada, III - 1985-ci ildə Nayrobidə, IV isə Pekində 1995-ci ildə keçirildi. Hər dörd konfransın məramı “Bərabərlik, İnkişaf və sülh” idi. Ancaq qadın və kişi hüquqlarının bərabərliyi, gender məsələləri ön plana çəkilirdi.

Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən (1993-cü il) sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirildi. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Həmin il Pekində keçirilən IV Ümumdünya qadın Konfrasında iştirak etmək üçün Dövlət Milli Şurası yaradıldı. 1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olub. Çünki Ümummilli liderin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu.

1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması,Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir.Onlardan: BMT-nin Əhali Fondunun Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı Tədqiqat, BMTİP, BMT Əhali Fondu və Komitənin birgə layihəsi əsasında “Özəl sekorda kişilər və qadınlar: imkan və çətinliklər” mövzusunda Təhlil (2018-ci il) və s. kimi misal gətirmək olar. “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamları, 2000-ci ildə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən “Gender bərabərliyinin təminatı haqqında” qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan olunub.

Azərbaycanlı qadınlar XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyə nail olublar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər.Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olub. Gender bərabərliyinin təmin olunmasında görülən işlər beynəlxalq qurumlar tərəfindən də diqqətdə saxlanılır.

Son illər cəmiyyətimizdə genderlə bağlı ciddi uğurlar əldə olunub. Artıq bu uğurları beynəlxalq qurumların hazırladıqları hesabatlarda da görmək mümkündür. Lakin ailə münasibətlərini qanunla tənzimləmək mümkün deyil. Ailənin görünən və görünməyən tərəfləri ilə yanaşı, daxili, yalnız özünəməxsus qayda-qanunları mövcuddur. Bu gün ölkəmizdə gender bərabərliyinin təminatında qanunla yanaşı, insanları maarifləndirməyə ehtiyacı var. Bu sahəyə münsibətdə sosioloqların fikirləri maraqlıdır. Məsələn, sosioloq Əhməd Qəşəmoğlunun fikrincə,  ölkəmizdə gender bərbərliyi ilə bağlı aydın, lazımlı bir fikir yoxdur:  “”Azərbaycanda gender bərabərliyi dünyanın hər yerində olduğu kimidir” demək bizə lazım deyil. Bizə əsas lazım olan budur ki, ailəmizdə daha ahəngdar münasibət olsun. Gender bərabərliyini müqayisə etdiyimiz ölkələrin təcrübəsindən necə istifadə edək ki, ailələrimizdə daim ahəngdar münasibət qorunsun, sabah ailələr dağılmasın, ailə zəminində zorakılıq, qətl hadisələri, boşanmaya gətirib çıxarmasın. Deməli, biz məqsədi önə çəkməliyik, vasitə isə ikinci sırada olmalıdır. “Gender bərabərliyi” yox, “gender münasibətləri” desək, daha dəqiq olar. Bu münasibətlər ayrı-ayrı bölgələrimizdə fərqli ola bilər. Hətta Bakının kəndlərində, rayonlarında da. Deməli, biz bu sahəni yaxşı öyrənməliyik. Müasir metodlar var. Sorğular da keçirmək, söhbət aparmaq olar və s”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri