Icma.az
close
up
RU
Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq çərçivəsində maarifləndirmə kampaniyası keçirilib AZƏRTAC

Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq çərçivəsində maarifləndirmə kampaniyası keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 dekabr, AZƏRTAC

Hər il Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə başlayan və Beynəlxalq İnsan Hüquqları Günü ilə sona çatan Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə tərəfdaşlığı ilə bir sıra maarifləndirmə tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində 5 regionda: Yevlax, Mingəçevir, Sumqayıt, Sabirabad və Bakıda, psixoloqlar, tələbələr, dövlət qurumlarının nümayəndələri, sosial işçilər, hüquqşünaslar, yerli vətəndaş cəmiyyətinin üzvləri də daxil olmaqla ümumilikdə 300-ə yaxın şəxsin iştirakı ilə məlumat sessiyaları təşkil edilib. Sessiyaların məqsədi gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə maarifləndirmə aparmaq, iştirakçılara məişət zorakılığı hallarında müraciət edə biləcəkləri dövlət qurumları, qaynar xətlər və resurs mərkəzləri haqqında məlumat vermək, həmçinin iqlim dəyişikliyi və gender əsaslı zorakılıq arasındakı əlaqə barədə ictimaiyyətin məlumatlılığını artırmaq idi. Eləcə də, iştirakçılar polis və prokurorluq, icra hakimiyyəti, rayon (şəhər) məhkəmələri kimi dövlət qurumlarına hansı hallarda və nə üçün müraciət etməli olduqları barədə məlumatlandırılıb.

Kampaniya çərçivəsində maarifləndirmə işləri sosial media platformaları vasitəsilə də aparılıb. İqlim dəyişikliyinin qadınların reproduktiv sağlamlığına təsiri, təbii fəlakətlərin qadınlar üzərindəki məişət yükünü artırması, qadınların iqlim dəyişikliyinə adaptasiyasına mənfi təsir göstərən amillər, iqlim dəyişikliyinin qadınların iqtisadi azadlıq əldə etməsinə mənfi təsirləri, qadınların iqlim dəyişikliyi ilə bağlı qərarvermə prosesindən kənarda qalması, gender stereotiplərinin qadınların iqlim dəyişikliyinə uyğunlaşmasına təsiri kimi mövzular üzrə maarifləndirici posterlər hazırlanaraq ictimaiyyətlə paylaşılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri