Icma.az
close
up
RU
General: Fransa iki milyon afrikalının həyatını itirməsinə səbəb olub

General: Fransa iki milyon afrikalının həyatını itirməsinə səbəb olub

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Fransanın tarixi müstəmləkəçilik və onun müstəmləkə ölkələrində törətdiyi qırğınlarla doludur. Ona görə də bu ölkənin adı hər zaman müstəmləkəçilik və qətliam ifadələri ilə bir yerdə çəkilir".

Bunu Oxu.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Fransa 1524-cü ildən etibarən başladığı müstəmləkəçilik fəaliyyətini Afrikanın təxminən 20 ölkəsində davam etdirib və Afrikanın 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb:

"Fransa müstəmləkəçilik fəaliyyəti ilə bu ölkələrin iqtisadi qaynaqlarını istismar etməklə yanaşı, iki milyon afrikalının həyatını itirməsinə də səbəb olub. Təbii ki, Parisin həyata keçirdiyi bu siyasət nəticədə Fransaya qarşı böyük bir nifrət yaratdı və bu nifrət müstəmləkə əsarəti altında olan ölkələrdə Fransaya qarşı hərbi-siyasi üsyana gətirib çıxardı. Bu gün iş o yerə çatıb ki, "Fransa rədd olsun", "Fransa bizdən əl çəksin" kimi şüarlar Afrikada ənənəyə çevrilib".

"Ümumiyyətlə, Afrika qitəsi ilə əlaqələrimizin və əməkdaşlığımızın inkişafı Türkiyənin çoxtərəfli xarici siyasətinin tərkib hissəsidir. Məhz buna görə istismar edilən Afrika ölkələri qapısını ona bərabərhüquqlu əlaqələr çərçivəsində əməkdaşlıq əli uzadan dövlətlərə açıb. Bu ölkələrdən də ən önəmlisi Türkiyədir. Çünki Türkiyə sahib olduğu tarixi sosial, siyasi və mədəni təcrübələrini Afrika ölkələri ilə paylaşaraq, qitənin problemlərini adekvat həll yolları prinsipi çərçivəsində həll etməyə çalışır. Ankaranın Afrika siyasətinin tarixi təməli var. Bu diplomatiya siyasi, humanitar, iqtisadi və mədəni, eləcə də ikitərəfli regional, geosiyasi və kontinental perspektivləri əhatə edir", - deyə general vurğulayıb.

O əlavə edib ki, Türkiyə xüsusilə son 10 ildə bu bölgəyə olan marağını yuxarıdakı prinsiplər əsasında inkişaf etdirib:

"Bu gün Türkiyənin bir çox Afrika ölkəsindəki rəsmi nümayəndəliyinin fəaliyyəti və iqtisadi əlaqələri davam edir. Türkiyədə 1998-ci ildə "Afrika Fəaliyyət Planı"nı qəbul edilib. Bu plana əsasən, Afrikadakı Türkiyə səfirliklərinin sayı 15-ə çatdırılıb. Prezidentlər və nazirlər səviyyəsində kollektiv fəaliyyətlərdə iştirak təmin edilib və Afrika ölkələrinin problemlərinin həlli istiqamətində birgə fəaliyyətlər həyata keçirilib. Həmçinin, 2005-ci ildə Türkiyədə "Afrika ili" elan edilib və ölkəmiz Afrika Birliyinə müşahidəçi üzv statusu qazanıb. Türkiyə Afrika Birliyi tərəfindən strateji tərəfdaş elan ediləndən sonra Afrika siyasətini uğurla davam etdirməsinin nəticəsi olaraq, 2023-cü ildə siyasi, iqtisadi və diplomatik əlaqələrini davam etdiriyi Afrika ölkələrinin sayı 31-ə çatıb. Türkiyə tərəfindən həyata keçirilən bu tədbirlər Afrika ölkələrinin daxili problemlərinin qarşısını almaqla yanaşı, Afrika ölkələri arasındakı problemlərin həllinə də töhfə verir. 2025-ci ildə isə səfirliklərimizin sayı 44-ə yüksəlib. Bu çərçivədə Türkiyə Çinin (52), ABŞ-nin (50) və Fransanın (47) ardından dördüncü yerdə qərarlaşıb. Bir sözlə, Ankara Fransanın yaratdığı məyusluq, qan, gözyaşı və istismar nizamının tərsinə çevrilməsi ilə Afrikaya sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün mübarizəsini davam etdirir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri