Icma.az
close
up
RU
General mayor Həsən Eyyubov belə ifşa olunub, şok faktlar ÜZƏ ÇIXDI Gömrükdə sensassion HADİSƏNİN TƏFƏRRÜATI

General mayor Həsən Eyyubov belə ifşa olunub, şok faktlar ÜZƏ ÇIXDI Gömrükdə sensassion HADİSƏNİN TƏFƏRRÜATI

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Hurriyyet.Az xəbər verir ki, “Qafqazinfo” cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib.

Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.

Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.

Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon manatdan çox dəyərində siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyonluq qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.

Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.

Sözügedən cinayət hadisəsi ilə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovdan əlavə, cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən Heydər Eyvazov, Fariz Məhərrəmov, Rövşən Tarverdiyev FiruzƏliyev də Zaur Haşımov və Fərrux Haqverdiyev də həbs edilib. İki nəfər isə axtarışa verilib.

Hazırda cinayət işində iştirakları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. İlkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib.

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri