General Mehdiyev vəzifəsindən azad olundu
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən Xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında isə Xidmət rəisi əvəzi təyin olunmuşdu.
Bildirilir ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də məlumat yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 30 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















