“Generali” sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın “Generali” sığorta qrupu Almaniyadakı biznesinin irimiqyaslı restrukturizasiyasını planlaşdırır və bu çərçivədə yaxın dörd il ərzində təxminən 800 iş yeri və ya ştatın 9%-i ixtisar ediləcək.
KONKRET.az “Bild” qəzetinə istinadən məlumatına görə, yenidənqurma şirkətin Ahen, Nürnberq və Ştutqartdakı filiallarının bağlanmasını nəzərdə tutur.
Həmin filialların əməkdaşları digər regional bölmələrə keçiriləcəklər.
Gələcəkdə “Generali” öz fəaliyyətini Almaniyanın beş şəhərində – Münxen, Köln, Karlsrue, Hamburq və Saarbrükkendə cəmləşdirmək niyyətindədir.
Hazırda konsernin Almaniya bölməsində təxminən 9,1 min nəfər çalışır.
“Generali”dən izah ediib ki, iş yerlərinin ixtisarı əmək məhsuldarlığını artırmalı olan rəqəmsallaşdırmaya, yeni texnologiyalara və süni intellektin tətbiqinə qoyulan irimiqyaslı investisiyalarla əlaqədardır. “Bild”in məlumatına görə, şirkət bu məqsədlərə yüz milyonlarla avro yönəldəcək.
Bundan əlavə, köməkçi funksiyaların bir hissəsinin kənar podratçılara verilməsi planlaşdırılır.
Almaniya bölməsinin restrukturizasiyası biznes proseslərinin sadələşdirilməsinə, avtomatlaşdırmanın sürətləndirilməsinə və sığortanın ən gəlirli istiqamətlərinin inkişaf etdirilməsinə yönəlmiş “Generali”nin qlobal strategiyasının bir hissəsidir.
“Generali”nin Almaniyadakı rəhbəri Stefan Lemanın sözlərinə görə, planlaşdırılmış dəyişikliklər şirkətin gələcək gəlirli inkişafı, eləcə də müştərilərə və tərəfdaşlara xidmət keyfiyyətinin yüksəldilməsi üçün şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Oktyabr 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















