Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Genişlənmə siyasətinin yeni parametrləri...

Genişlənmə siyasətinin yeni parametrləri...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Avropa İttifaqının hədəfləri: paritetizm sona çatır, “siyasi idarəetmə” modeli dəyişir

Ötən əsrin ikinci yarısından başlanan yeni qütbləşmə prosesi dövründə Avropa İttifaqı (Aİ) regional qrup kimi özünün parametrlərini formalaşdırmağa başladı. Artıq əsrin sonuna yaxın Aİ-nin həm iqtisadi, həm də siyasi cəlbediciliyi yüksək səviyyəyə qədəm qoymuşdu. 1990-cı illərin əvvəlindən, yəni sosialist blokunun dağılması və Şərqi Avropa ölkələrinin kapitalist sisteminə keçidindən sonra Avropa İttifaqına üzv olmaq prosesi qitənin gələcək inkişafının əsas istiqamətlərindən biri kimi xarakterizə olunurdu. Həmin dövrdə artıq Aİ özünün “üzvlük parametrlərini” tam fərqli detallar üzərində qurmağa başladı - başqa sözlə, yeni üzv olmaq istəyən dövlətlər üçün yeni inteqrasiya modelləri və öhdəlikləri müəyyənləşdirildi. Dünyanın yeni nizamının formalaşdığı indiki zamanda analoji prosesin davamını müşahidə edirik. Aİ genişlənmə siyasətini “Avropanın dərinləşməsi” kimi təqdim etsə də, əslində, bu, həm də geosiyasi məkanın yenidən dizaynıdır. Bunu Aİ rəsmiləri özləri də dolayısı ilə təsdiq edirlər - Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kosun sözləri ilə desək, qarşıdakı illərdə genişlənmə “real imkan” kimi dəyərləndirilir. Lakin bu “imkan” yalnız siyasi deyil, həm də strateji və iqtisadi hesablamaların nəticəsidir.

Aİ üzvü olmaq hansı prestiji yaradır?

Bəzi statistik məsələlərə nəzər salaq: mənzil qərargahı Brüsseldə yerləşən Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Vurğulandığı kimi, formal olaraq 1957-ci ildə yaranan təşkilata qurucu üzvlərin ardınca 1973-cü ildə Danimarka, İrlandiya və İngiltərə, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə Portuqaliya və İspaniya qoşulub. Aİ platformasında isə ilk qəbul 1995-ci ildə Avstriya, Finlandiya və İsveçin qismətinə düşüb. Ən böyük üzvqəbuletmə prosesi isə 2004-cü ildə baş verib. Həmin il Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan Aİ-nin tamhüquqlu üzvü qəbul ediliblər. 2007-ci ildə təşkilatın sıralarına  Rumıniya və Bolqarıstan, son olaraq 2013-cü ildə isə Xorvatiya qoşulub. 2020-ci ilin yanvarın 31-də isə hələlik yeganə hal olaraq Böyük Britaniya Avropa İttifaqını tərk edib.

İlk olaraq vurğulayaq ki, Avropa İttifaqına üzvlük istənilən qitə dövləti üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm prestij sayır. İqtisadi tərəfdən baxsaq, Aİ bazarına inteqrasiya olmaq:

- Azad ticarət və sərbəst kapital dövriyyəsi;

- Avropa investisiyalarına çıxış;

- Regional inkişaf fondlarından maliyyə dəstəyi;

- İnfrastruktur və sosial layihələr üçün güzəştli kreditlər deməkdir.

Bütün bunlar, xüsusilə Şərqi Avropa və Balkan ölkələri üçün, 2000-ci illərdən bəri iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Məsələn, sirr deyil ki, Polşa, Slovakiya, Macarıstan kimi dövlətlər məhz Aİ fondları hesabına iqtisadiyyatını modernləşdirib. Lakin bu üzvlük, eyni zamanda, müəyyən “müstəqillik itkisidir”. Aİ-nin ümumi qərar qəbuletmə mexanizmi üzv dövlətlərin milli siyasətlərinə təsir göstərir. Məsələn, enerji təhlükəsizliyi, gömrük tarifləri, xarici siyasət istiqamətləri, hətta bəzi sosial sahələr üzrə qərarlar Brüsselin koordinasiyası ilə qəbul olunur.

Bu mənada, Aİ üzvü olmaq, bir tərəfdən, beynəlxalq səviyyədə etibarlılıq və sabitlik, digər tərəfdən isə siyasi muxtariyyətin məhdudlaşması deməkdir. Xüsusən də ABŞ və Böyük Britaniyadan sonra Avropanın öz strateji xəttini müəyyənləşdirmək istəyi fonunda bu asılılıq daha çox müzakirə olunur.

Marta Kosun mesajları, yoxsa “səmimiyyət testi”?

Aİ rəsmisinin çıxışında bir çox məqamlar diqqəti cəlb edir. Məsələn, Marta Kosun “Biz Avropa İttifaqının genişləndirilməsinə hazırlaşmalıyıq,” bəyanatı maraq doğurur - onun fikrincə, bəzi namizəd ölkələrin əldə etdiyi nəticələr bu prosesi “real imkan”a çevirir.

Bu fikirdə xüsusilə “bəziləri” ifadəsi diqqətçəkicidir. Kos açıq şəkildə demir, amma dolayısı ilə etiraf edir ki, son proseslərdə Aİ-nin mövqeyinə sözsüz və şərtsiz riayət edən dövlətlər prosesə “hazırlıqlı” olsunlar - başqa sözlə, Aİ-nin dəyərlər sistemini şərtsiz qəbul edən dövlətlər sürətli inteqrasiya imkanı qazanır.

Amma bu, ədalətli yanaşma deyil. Çünki Aİ standartlarına uyğun qanunvericilik islahatları aparmış, iqtisadi sabitliyini təmin etmiş dövlətlərin, məsələn Türkiyənin (bu haqda bir az sonra geniş toxunacağıq) kənarda qalması, əksinə, “strateji seçim”in ideoloji motivlər üzərindən aparıldığını göstərir. Beləliklə, Aİ-nin genişlənmə siyasəti real iqtisadi inteqrasiyadan çox siyasi loyalitet testinə çevrilib. Brüssel bu yolla öz təsir zonalarını genişləndirmək, Qərbin mərkəzləşdirilmiş güc modelini qorumaq istəyir.

Genişlənmə xəritəsində müəmma: Niyə Türkiyə kənarda qalır?

Marta Kosun açıqlamasında konkret adlar çəkilib - Aİ rəsmisi deyib ki, Monteneqro, Albaniya, Moldova və Ukrayna bu il Aİ-yə üzvlük istiqamətində əhəmiyyətli irəliləyişlər əldə ediblər. Diqqət çəkən məqam siyahıda məsələn Türkiyə və ya Serbiya kimi dövlətlərin yer  almamasıdır. Halbuki hər iki ölkə onilliklərdir namizəd statusundadır və Aİ ilə müzakirə mərhələlərini keçib. Müqayisə aparsaq, adıçəkilən dövlətlərin heç biri iqtisadi, demoqrafik və siyasi təsir gücü baxımından Türkiyə ilə eyni səviyyədə deyil. Siyasi mütəxəssislər isə etiraf edir ki, Moldova və Ukrayna isə uzunmüddətli münaqişələr və iqtisadi çətinliklər fonunda hələ Aİ standartlarından uzaqdır.

Türkiyə həm də ən uzunmüddətli namizəd sayılır. Rəsmi Ankara 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edərək 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlar aparıblar. Lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də, Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 9 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib. İsveçin NATO yolunu açmaqla isə Türkiyə yenidən Aİ üzvü olmağa ümidlənsə də, ortada nəticə yoxdur.

Türkiyənin iqtisadi inkişafına gəldikdə isə son bir ilin statistikasına nəzər salaq: 2024-cü ildə Türkiyə 3,2 faiz iqtisadi böyüməyə nail olub - 2024-cü ildə Türkiyə iqtisadiyyatının həcmi 1,32 trilyon dollara yüksəlib. Adambaşına düşən ÜDM 2024-cü ildə cari qiymətlərlə 507 615 TL, ABŞ dolları ilə isə 15 463 olaraq hesablanıb. Türkiyənin ticarət dövriyyəsi 605,88 milyard ABŞ dolları olub. 2024-cü ildə Türkiyə sabit kapital investisiyalarında 6,1 faiz artım nümayiş etdirib. Türkiyə dövlət büdcəsi gəlirlərində 66,5 faiz, dövlət büdcəsi xərclərində isə 63,6 faiz artım əldə edib.

Belə olan halda sual yaranır: nəyə görə Aİ başqa ölkələri daha “uyğun” hesab edir? Siyasi texnoloqların fikrincə, bu, sırf siyasi seçimdir. Avropa İttifaqı hazırda öz təhlükəsizlik buferini genişləndirməyə çalışır. Ukraynanın daxil edilməsi Rusiya qarşısında siyasi baryer yaratmaq məqsədi daşıyır. Moldova da eyni səbəblə prioritetdədir. Türkiyə məsələsinə gəlincə, bu dövlətin regional və geosiyasi çəkisi Aİ-nin struktur balansını poza bilər. Brüssel üçün “idarəolunan üzvlər” konsepsiyası daha uyğundur. Türkiyə isə öz milli maraqları çərçivəsində müstəqil siyasət yürüdür və bu, Aİ-nin “vahid qərar” modelinə uyğun gəlmir.

Yeni Avropa: yenidənqurma, yoxsa daxili parçalanmaların nəticəsi...

Siyasi reallıqlar göstərir ki, Avropa İttifaqı artıq ənənəvi “vahid Qərb” obrazından kənarlaşıb. Vaşinqton ilə Brüssel arasında bir çox məsələlərdə: o cümlədən təhlükəsizlik, enerji və Şərqlə əmakdaşlıq məsələlərində fikir ayrılıqları dərinləşir. Aİ-nin bu şəraitdə elan etdiyi “genişlənmə” prioritet əslində “yenidənqurma” mərhələsinin başlanğıcıdır. Genişlənmə bu yenilənmənin alətinə çevrilib. Avropa yeni üzvlər hesabına iqtisadi dinamizmini bərpa etmək, büdcə resurslarını artırmaq və geosiyasi təsir gücünü saxlamaq istəyir. Çünki hazırda belə daxildə ciddi dilemmlar mövcuddur. Məsələn:

- İnteqrasiya dərinləşdikcə fərqli milli maraqlar toqquşur;

- Səsvermə mexanizmlərində “bloklayan azlıq” problemi artır;

- Populist və sağçı qüvvələrin yüksəlişi birliyə təhlükə yaradır.

Bunu təsdiqləyən başqa bir misal: Macarıstanın baş naziri Viktor Orban Belçikada keçirilən konfransda Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidlərinə sərt cavab verib. Macarıstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Orban deyib: “Ukrayna nə Macarıstanı qoruyur, nə də ona qarşə hansısa təhlükənin qarşısını alır, buna görə Budapeşt Kiyevə borclu deyil. Biz bunu ondan istəməmişik və istəməyəcəyik. Macarıstanın təhlükəsizliyi öz ordusu və NATO tərəfindən təmin olunur - Ukrayna isə NATO üzvü deyil və yaxşı ki, deyil”. Baş nazir həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünə kəskin şəkildə qarşı çıxdığını bir daha vurğulayıb: “Aİ-yə üzvlük məsələsi yalnız bütün üzv dövlətlərin yekdil qərarı ilə həll olunur. Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmir və dəstəkləməyəcək. Bu, müharibəni Avropaya gətirər və macarların pulunu Ukraynaya yönəldər”.

Bu fakt bir çox mətləbləri aydınlığa qovuşdurur: demək ki, Aİ ənənəvi prioritetlərdən kənar yeni genişlənmə standartları formalaşdırır. Məqsəd - gələcəkdə daxili qərarların bloklanmasının qarşısını almaq, vahid siyasi məkan yaratmaqdır. Bu isə o deməkdir ki, Aİ yeni üzvləri yalnız iqtisadi deyil, həm də siyasi uyğunluq səviyyəsinə görə seçəcək. Yəni Avropa artıq “tətbiq olunan dəyərlər” yox, “idarə olunan üzvlər” modelini əsas götürür.

Genişlənmənin prioriteti: “fikir yaxınlığı”, yoxsa “siyasi tabeçilik”

Beləliklə, görünən odur ki, Avropa İttifaqı genişlənmə ilə eyni zamanda özünü yenidən təsdiqləmək istəyir. Qlobal nizamın dəyişdiyi, qütblər arasında iqtisadi-siyasi qarşıdurmanın artdığı bir vaxtda Avropa “strateji muxtariyyət” ideyasını reallaşdırmaq niyyətindədir. Lakin bu prosesin səmimiyyəti sual altındadır. Türkiyə kimi böyük gücün kənarda qalması, Serbiyanın təcridi, başqa dövlətlərin sürətli “siyasi üzvlüyə” hazırlanması Aİ-nin dəyərlərini selektiv tətbiq etdiyini göstərir. Bu mənzərə həm də bir həqiqəti üzə çıxarır: Avropa İttifaqı genişlənir, amma real mənada birləşmir. İttifaq daha çox “fikir yaxınlığı”na deyil, “siyasi tabeçiliyə” üstünlük verir.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri