Icma.az
close
up
RU
“Genişmiqyaslı ABŞ İran müharibəsi hazırda yüksək risklidir”

“Genişmiqyaslı ABŞ İran müharibəsi hazırda yüksək risklidir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Məlum məsələdir ki, Hörmüz boğazı üzərində ABŞ-nin kəşfiyyat uçuşlarının artması, eyni zamanda, sualtı qayıqlardan istifadə olunması və digər hərbi texnikanın ora gətirilməsi bu, müharibənin başlandığını yox, müharibə riskinin ciddi şəkildə artdığını, eyni zamanda, idarə olunması mərhələsinə keçdiyini göstərir. Yəni bu, ciddi bir hazırlıq mərhələsidir və ABŞ-nin istər Hörmüz boğazında, istər Oman körfəzində aktivliyi regionda hərbi siyasi gərginliyin həddindən artıq çox olmasına işarədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.

A.Nağıyev deyib ki, bu, adətən sadəcə müşahidə məqsədi olmur, daha çox mümkün eskalasiya ssenarisinin öncədən idarəolunmasına yönəlik hərbi hazırlıqdır: “Yəni çoxsaylı təyyarə daşıyan böyük gəmilərin, hətta “USS George H.W. Bush”, “USS Abraham Lincoln” və digər gəmilərin ora gətirilməsi bir daha deməyə əsas verir ki, burada ciddi proseslər gedir. Enerji daşıyıcıların məhz 20 faizinin Hörmüz boğazı vasitəsilə həyata keçirilməsi, yəni dünya neftinin təxminən beşdə biri bu boğazdan daşınır və ABŞ sualtı qayıq əleyhinə təyyarələri aktivləşdirməkdə onu göstərir ki, Vaşinqton İranın dəniz taktikalarını və mümkün blokada ssenarilərini ciddi risk kimi qəbul edir və bunun qarşısının alınması istiqamətində addımlar atır”.

Deputatın bildirdiyinə görə, yəni həm hazırda, həm də gələcəkdə əsas nəticələr enerji bazarlarına nəzarət, sığorta xərclərinin artması körfəz ölkələrinin təhlükəsizlik tədbirlərinin sərtləşməsinə gətirib çıxara bilər: “Yaxın ssenaridə lokal insidentlər və məhdud hərbi qarşıdurma ehtimalı mövcuddur. Düşünürəm ki, amma bu, böyük müharibənin yenidən qızışmasına gətirib çıxara bilməz. Lakin hərtərəfli, genişmiqyaslı ABŞ-İran müharibəsi hazırda yüksək risklidir. Amma tərəflərin maraqlarına zidd olduğu üçün nisbətən az ehtimallı ssenari olaraq qalır. Hörmüz artıq təkcə regional qarşıdurma zonası deyil, böyük güclər arasında geosiyasi rəqabətin əsas düyün, kuliminasiya nöqtəsidir. ABŞ hərbi aktivlikdə status-kvonu qorumağa çalışır və diplomatik dildə xəbərdarlıq mexanizminə üstünlük verir, diktə edən tərəf kimi özünü göstərir. Ona görə də düşünürəm ki, müharibə hazırlığı olsa da, bu gün ciddi müharibədən söhbət gedə bilməz”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Fevral 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri