Icma.az
close
up
RU
Genlərimizdə iz buraxan şiddət Nəsillər boyu davam edir (ARAŞDIRMA)

Genlərimizdə iz buraxan şiddət Nəsillər boyu davam edir (ARAŞDIRMA)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Travmanın bioloji izlərinin yalnızca bu hadisələrə məruz qalan şəxslərdə deyil, həm də növbəti nəsillərə ötürülə bildiyi ortaya çıxıb

Qaynarinfo xəbər verir ki, travmanın insan genetikası üzərində təsirini araşdıran yeni bir tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Şiddət genlərimizdə nəsillər boyunca iz buraxır

Beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırmada məlum olub ki, ailə tarixində zorakılıq və travma yaşayan şəxslərin övladları, bu hadisələri şəxsən yaşamamış olsalar belə, narahatlıq və depressiya kimi psixoloji xəstəliklərə daha meylli ola bilərlər.


Suriyalı ailələr üzərində tədqiqat 

Alimlər Suriyanın Hama şəhərində 1982-ci ildə baş verən mühasirə və qətliam, həmçinin 2011-ci ildəki silahlı üsyan zamanı hamilə olan qadınlardan gələn üç nəsli əhatə edən 48 ailəni araşdırıblar.

Hazırda İordaniyada yaşayan bu ailələrdən 131 nəfərdən yanaq içi hüceyrə nümunələri götürülərək epigenetik dəyişikliklər təhlil edilib.

Epigenetik dəyişikliklər DNT ardıcıllığında bir dəyişiklik olmadan genlərin fəaliyyətinə təsir edən kimyəvi modifikasiyalar kimi izah olunur.

Genetik dəyişikliklər üç nəsil boyunca davam edib

Tədqiqat zamanı 1980-ci ildən əvvəl Suriyadan köçən ailələr nəzarət qrupu olaraq istifadə edilib. Hama hadisələrini yaşamış nənələrin soyundan gələn şəxslərdə zorakılıqla əlaqəli 14 fərqli gen dəyişiklikləri aşkar olunub.

Bu dəyişikliklərdən səkkizi üçüncü nəsilə, yəni nəvələrə qədər ötürülüb. Həmin nəvələr zorakılığa birbaşa məruz qalmadıqları halda, bu epigenetik dəyişiklikləri irsi olaraq alıblar.

Bundan əlavə, tədqiqatçılar həmin şəxslərdə epigenetik yaşlanmanın sürətləndiyini də müəyyən ediblər. Bu vəziyyətin yaşla bağlı xəstəliklərə tutulma riskini artırdığı vurğulanır.

Suriyalı vətəndaş müharibəsinin qurbanlarında isə zorakılıqla əlaqəli 21 fərqli gen bölgəsində epigenetik dəyişikliklər müşahidə edilib.

Şiddətin təsirləri nəsillər boyunca davam edə bilər

Tədqiqatın rəhbəri, Florida Universitetindən antropoloq Konni Malliqan bildirib ki, bu ailələr yaşadıqları hadisələrin eşidilməsini istəyir. Onlar təcrübələrini paylaşmaq istəyirlər.

Tədqiqatçılar bu tapıntıların yalnız müharibə və münaqişə mühitləri ilə məhdudlaşmadığını, həmçinin ailədaxili zorakılıq, cinsi zorakılıq və silahlı hücumlar kimi müxtəlif zorakılıq növləri ilə əlaqəli ola biləcəyini vurğulayırlar.

Malliqan deyib ki, travma və zorakılığın gələcək nəsillərə də təsir edə biləcəyi fikri insanları daha empatik olmağa təşviq etməli və qərar qəbul edənlərin bu mövzulara daha çox diqqət yetirməsinə kömək etməlidir.


Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri