Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?

Geomaqnit qasırğası insan orqanizminə necə təsir edir?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Ötən əsrin əvvəllərindən etibarən həkimlər xəstələrə müalicə yazarkən yaşadığımız ətraf mühitin meteoklimatik amillərini də nəzərə alırlar.

Çünki bu faktorların insan orqanizminə bəlli təsiri var.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının assistenti, Tədris Terapevtik klinikasının terapevt-kardioloqu Arzu Bəydəmirova məlumat verib.

A.Bəydəmirovanın sözlərinə görə, xarici mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsində yerin maqnit sahəsinin, xüsusən geomaqnit qasırğaları zamanı müxtəlif funksional sistemlərdə baş verən dəyişikliklərin araşdırılması mühüm yer tutur: “Dünya Səhiyyə Təşkilatının hesabatına görə insan orqanizminə ultrakiçik tezlikli sahələrin təsiri neyrohəssaslıq, neyroendokrin sistem, neyrodegenerativ pozuntular yaradır ki, bu da kəskin, xroniki bioloji effektlərin əmələ gəlməsinə səbəb olur. Məlum olub ki, günəş qığılcımından dərhal sonra insanların vəziyyəti pisləşir. Bu vəziyyət maqnit qasırğasının başlanması ilə maksimal həddə çatır. Bu, onunla izah olunur ki, günəş qığılcımından təxminən 8 dəqiqə sonra günəş işığı yerin atmosferini keçir və orada orqanizmin fəaliyyətinə təsir edir. Geomaqnit qasırğasından 1 gün əvvəl müxtəlif patoloji reaksiyaların artması məhz bununla əlaqədardır. Bu ona görə baş verir ki, insan orqanizmində maqnitə həssas reseptor sistemi mövcuddur. Məsələn, oriyentasiyaya görə cavabdeh olan mərkəz qlabbelladan 3-4 santimetr dərinlikdə - yəni pazabənzər sümüyün beyinlə, qoxu və görmə sinirləri ilə birləşdiyi nöqtədə yerləşir. Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir”.

Həkim kardioloq bildirib ki, adrenalin və noradrenalin trombositlərin aqreqasiyasının güclü indikatoru sayılır. Onların sintezinin sürətlənməsi bir tərəfdən damarların daralmasına, digər tərəfdən isə hiperkoaqulyasiyanın artmasına səbəb olur.

“İlk reaksiya arterial təzyiqin artmasıdır. Bu da öz növbəsində kapillyar qan dövranında qanın hərəkət sürətini zəiflədir, həmçinin mikrosirkulyator damar torunun spazmını yaradır. Kapilyar qan dövranında pozulma hallarında qadınlara nisbətən kişilərdə daha çox rast gəlinməsi də bununla izah edilir. Maqnit qasırğası zamanı böyrəküstü vəzidə yerləşən maqnit reseptorların qıcıqlanması nəticəsində kortikosteroidlərin də sintezi sürətlənir. Nəticədə vegetativ sinir sistemində tarazlıq pozulur. Bu da bütün üzvlərdə ciddi dəyişikliklərin baş verməsinə səbəb olur. Həmin dəyişikliklərin başlıca hədəfi ürək-qan damar sistemi olur. Ürək-qan damar sistemi tərəfindən ilk reaksiya arterial təzyiqin yüksəlməsi kimi özünü büruzə verir. Bu, ilk növbədə geomaqnit qasırğasının təsirindən qanda hormonların konsentrasiyasının dəyişməsi ilə əlaqədardır”, - deyə terapevt-kardioloq diqqətə çatdırıb.

Həkimin sözlərinə görə, qasırğa zamanı sağlam orqanizm özünü daha yaxşı hiss edir: “Bir sıra tədqiqatlar insanların ümumi vəziyyəti ilə “maqnit qasırğası”nın gücü arasında əlaqənin olduğunu təsdiq edir. Amma hər kəs geomaqnit qasırğasına eyni reaksiya vermir, burada orqanizmin fərdi xüsusiyyətləri rol oynayır. Sağlam və xəstə orqanizm geofiziki şəraitə və kosmik dəyişiklərə eyni reaksiya vermir. Zəifləmiş, yorğun, emosional cəhətdən qeyri-stabil şəxslərdə enerji dəyişiklikləri, immunoloji müdafiəyə, orqanizmin müxtəlif fizioloji sistemlərinin vəziyyətinə, psixi gərginliyi təsir edir. Psixoloji və fiziki cəhətdən sağlam orqanizm öz xarici mühitinə uyğun daxili imkanları dəyişmək qabiliyyətinə malikdir. Bu zaman onlarda immun sistem aktivləşir, buna müvafiq sinir və endokrinoloji sistemlərin fəaliyyəti, iş qabiliyyəti saxlanılır. Subyektiv olaraq, sağlam orqanizm özünü daha yaxşı hiss edir.

Beləliklə, geomaqnit qasırğası zamanı arterial təzyiqin yüksəlməsi xüsusiyyətlərini araşdırdıqda məlum olur ki, bu orqanizmin xarici qıcıq faktorlarına qarşı verdiyi reaksiya, zəncirvari bir prosesdir. Bu proses zamanı orqanizmin demək olar ki, bütün üzv və toxumalarında ciddi dəyişikliklər gedir. Bu dəyişiklər də həyati vacib orqanların funksiyalarını da dəyişir. Buna görə də geomaqnit qasırğası zamanı ən çox zərbə alan da həmin həyati vacib orqanlar olur. Həmin orqanlar da xarici qıcıq olan geomaqnit qasırğasına qarşı müxtəlif patoloji reaksiyalarla cavab verir”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri