Icma.az
close
up
RU
Geomaqnit qasırğası kimlərə daha çox təsir edir?

Geomaqnit qasırğası kimlərə daha çox təsir edir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Günəşin fəallığı artaraq M sinif alışmalar və Yerə yönəlmiş tac kütlə atılmaları qeydə alınıb. Günəş küləyinin sürəti saniyədə 534 kilometr olsa da, maksimal sürət 839 kilometrə çatıb.

Avqustun 8-10-da G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub, hazırda kosmik hava aktivdir.

Proqnoza görə, 11-17 avqustda C sinif alışmanın baş vermə ehtimalı 99%, M sinif 55%, X sinif isə 10%-dir. 11-13 avqustda G1 səviyyəli geomaqnit qasırğası gözlənilir, sonra isə 18 avqustadək vəziyyət qeyri-sabit və sakit olacaq.

Bəs geomaqnit qasırğası hansı insanlara daha çox təsir edəcək?

“Cebheinfo.az” xəbər verir ki, əsasən ürək və qan təzyiqi xəstələri geomaqnit qasırğası zamanı xüsusilə diqqətli olmalıdırlar.

Bu dövrdə onların ürək ritmi pozula, qan təzyiqi yüksələ və ya düşə bilər. 

Bu cür dəyişikliklər ürək xəstəliklərinin ağırlaşmasına səbəb ola bilər. Eyni zamanda, migren, baş ağrısı, əsəbilik, yuxusuzluq kimi sinir sistemi ilə bağlı problemlər artar.

Yaşlılar və uşaqlar da bu dövrdə daha həssas olur. Onların immun sistemi zəif olduğundan, sağlamlıqlarında narahatlıqlar yarana bilər. Sağlam insanlarda isə yorğunluq, diqqət zəifliyi kimi əlamətlər müşahidə oluna bilər. Geomaqnit qasırğası zamanı stressdən uzaq durmaq, yaxşı istirahət etmək, dərmanları həkim məsləhəti ilə qəbul etmək vacibdir. Qan təzyiqi olanlar vəziyyətlərini diqqətlə izləməlidirlər. Geomaqnit qasırğaları sadəcə kosmik hadisə deyil, həm də insan sağlamlığına təsir edən amildir. Bu dövrdə xüsusilə risk qruplarının və sağlam insanların özlərinə diqqət etmələri vacibdir.

Gülər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri