Icma.az
close
up
RU
Geosiyasətdə yeni ünvan: Aİ Mərkəzi Asiya tərəfdaşlığı

Geosiyasətdə yeni ünvan: Aİ Mərkəzi Asiya tərəfdaşlığı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dövrdə beynəlxalq münasibətlərin konturları dəyişdikcə qlobal güclər öz xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməyə məcbur olurlar. Belə bir məqamda, uzun müddət Avropa İttifaqının xarici siyasət gündəmində arxa planda qalan Mərkəzi Asiya regionu bu gün Brüsselin strateji diqqət mərkəzinə çevrilməkdədir. Geosiyasi balanslar, enerji təhlükəsizliyi, ticarət yollarının yenidən qurulması və yaşıl keçid hədəfləri kimi faktorlar fonunda Aİ-nin Mərkəzi Asiyaya yönəlik siyasəti sakit bir diplomatik təşəbbüs olmaqdan çıxaraq açıq geosiyasi mövqe nümayişinə çevrilir.

2025-ci il aprelin 4-də keçirilmiş Aİ–Mərkəzi Asiya sammiti bu baxımdan mühüm dönüş nöqtəsi oldu. Bu görüşdə Aİ-nin rəhbər şəxsləri ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanın xarici işlər nazirləri də iştirak edirdilər. Tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, ticarət və investisiya imkanlarının artırılması, enerji keçidi və iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq, regional sabitlik və təhlükəsizlik, eləcə də Əfqanıstanla bağlı məsələlər müzakirə olundu. Ən diqqətçəkən məqamlardan biri isə Avropa İttifaqının Transxəzər Nəqliyyat Marşrutu – daha çox “Orta Dəhliz” kimi tanınan layihəyə tam dəstəyini ifadə etməsi və bu çərçivədə 10 milyard avroya qədər sərmayə yatırmağa hazır olduğunu bəyan etməsi oldu. Bu marşrut Çinlə Avropanı birləşdirən alternativ ticarət yolu kimi, Rusiyanı və digər riskli keçid zonalarını aradan qaldırmaqla strateji əhəmiyyət kəsb edir.

Bəs nə üçün məhz bu anda Mərkəzi Asiya Avropa İttifaqının maraq dairəsində bu qədər önəmli yer tutur? Burada birinci faktor enerji təhlükəsizliyi məsələsidir. Qazaxıstan və Türkmənistan kimi ölkələr təbii qaz, neft və nadir metallar baxımından olduqca zəngindir. Rusiya ilə enerji asılılığını aradan qaldırmağa çalışan Avropa bu regionu alternativ enerji mənbəyi kimi görür. Üstəlik, yaşıl keçid məqsədləri kontekstində hidrogen və bərpa olunan enerji sahələrində əməkdaşlıq da getdikcə aktuallaşır. İkincisi, geosiyasi balans baxımından bu regionu həm Çin, həm də Rusiya təsirindən ayırmaq istəyən ölkələr üçün üçüncü yol – yəni Qərb ilə əməkdaşlıq fürsətidir. Aİ bu ölkələrin suverenliyinə hörmət edən, qaydalara əsaslanan əməkdaşlıq modelini təklif edərək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə alternativ yaratmağa çalışır.

Mərkəzi Asiyanın coğrafi mövqeyi də onu Avropa üçün cəlbedici edir. Bu region Çinlə Avropa arasında mühüm quru keçid nöqtəsi olmaqla yanaşı, Cənubi Qafqaz və Xəzər hövzəsi vasitəsilə Avropaya inteqrasiya imkanları yaradır. “Orta Dəhliz” məhz bu baxımdan Aİ-nin “Global Gateway” təşəbbüsündə əsas yerlərdən birini tutur. Digər tərəfdən, regionun sabitliyi və təhlükəsizliyi də Aİ üçün prioritetdir. Əfqanıstandakı vəziyyətin Mərkəzi Asiyaya təsiri, narkotik ticarəti, dini radikallaşma və qeyri-qanuni miqrasiya kimi təhdidlər Avropanı bu bölgədə daha fəal olmağa vadar edir. Avropa burada sərt güc tətbiq etmədən, iqtisadi əməkdaşlıq, idarəetmə islahatları və təhlükəsizlik üzrə təlim proqramları vasitəsilə bölgənin dayanıqlığını gücləndirməyə çalışır.

Əslində, Aİ və Mərkəzi Asiya arasında əməkdaşlıq yeni deyil. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Avropa bu ölkələrə əsasən texniki yardım və inkişaf proqramları çərçivəsində yanaşırdı. 2007-ci ildə Aİ-nin Mərkəzi Asiya üçün ilk rəsmi strategiyası qəbul olundu və bu sənəddə qanunun aliliyi, təhsil, ətraf mühitin mühafizəsi kimi sahələr ön planda idi. 2019-cu ildə isə daha dinamik yanaşmanı ehtiva edən yeni strategiya qüvvəyə mindi – burada dayanıqlılıq, rifah və regional əməkdaşlıq əsas sütunlar kimi müəyyənləşdirildi. 2022-ci ildən sonra Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi sarsıntılar fonunda isə Mərkəzi Asiya artıq təkcə tərəfdaş kimi deyil, strateji bir məkan kimi nəzərdən keçirilir.

Hazırda Avropa İttifaqı regionda təkcə infrastruktur və ticarət marşrutları deyil, eyni zamanda, dəyərlər əsaslı siyasi və sosial institutların gücləndirilməsini də hədəfləyir. “Global Gateway” təşəbbüsü çərçivəsində regionda dəmir yolları, rəqəmsal əlaqələr, hidrogen istehsalı, su ehtiyatlarının idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma sahələrində iri layihələr həyata keçirilir. Bundan əlavə, “Erasmus+”, “Horizon Europe” kimi proqramlar vasitəsilə Aİ region gəncliyi ilə insan resurslarının inkişafı istiqamətində əməkdaşlığı da artırır.

Təbii ki, bu əməkdaşlıq yolunda çətinliklər də var. Bəzi Mərkəzi Asiya ölkələrində insan hüquqları və demokratik idarəetmə ilə bağlı problemlər daha dərin siyasi inteqrasiyaya mane ola bilər. Üstəlik, Çin və Rusiya hələ də regionda iqtisadi və təhlükəsizlik baxımından ciddi təsirə malikdir. Avropa hərbi güc baxımından burada təsir imkanlarına malik olmasa da, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan model təqdim etməklə öz mövqeyini möhkəmləndirməyə çalışır.

Nəticə etibarilə Mərkəzi Asiya artıq Brüssel üçün “kənar” region deyil. Bu bölgə indi enerji təhlükəsizliyi, ticarət, geosiyasi balans və “yaşıl enerji” keçidinin qovşağında yerləşir. Aİ-nin bu istiqamətdə artan marağı və milyardlarla avroluq investisiya planları təkcə iqtisadi deyil, həm də siyasi mesajdır. Avropa İttifaqı Mərkəzi Asiyanın gələcəyində müşahidəçi deyil, fəal tərəf olmaq niyyətindədir – və bu, yalnız bu region üçün deyil, bütövlükdə, qlobal güc balansı üçün də önəmli siqnaldır.

Şəbnəm ZEYNALOVA, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri