Icma.az
close
up
RU
Geosiyasi küncə sıxılan İran rejimi ABŞ nin istənilən hücumuna qarşı cavabı öz sərhədlərindən kənara çıxa bilər

Geosiyasi küncə sıxılan İran rejimi ABŞ nin istənilən hücumuna qarşı cavabı öz sərhədlərindən kənara çıxa bilər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ötən gün Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ABŞ-İran münasibətləri ilə bağlı fikir bildirib. Nazir qeyd edib, İranla danışıqlara gedilməlidir. Əks halda İran "küncə sıxışdırıldığını" hiss edərsə, ölkə "ən pis ssenariyə hazırlaşmağa başlayacaq". Hakan Fidan hesab edir ki, problemin həlli var, "Rusiya və Ukraynada olduğu kimi"."Pis ssenari" nədir?İran “küncə sıxılarsa” hansı addımları ata bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, baxmayaraq ki, 400 kiloqramdan artıq zənginləşdirilmiş uran ehtiyatına malikdir, hələlik İranın nüvə silahı hazır deyil.

Oqtay Qasımov

“Ən pis ssenari ola bilər ki, İran Amerika Birləşmiş Ştatlarının bölgədəki 14 hərbi bazasına hücum edə bilər. Xüsusilə də, İsrail ciddi şəkildə hədəfə götürülə bilər. Bundan başqa, bölgə ölkələrinə, Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına ev sahibliyi edən ölkələrə zərbələr endirilə bilər. İranın xarici işlər nazirinin müavini Vahidi Azərbaycanda olarkən, “ABŞ müdaxilə edərsə, bu münaqişə sərhədləri aşacaq” deyə bir təhdid etdi. Yəni İran o zaman qonşu ölkələrə də raket hücumları, dron hücumları həyata keçirə bilər.

Bundan başqa, Hörmüz boğazının bağlanması ilə bağlı cəhd edə bilər. Belə olacağı təqdirdə bu, dünya enerji bazarında ciddi böhrana gətirə bilər. Düzdür, bu variant az istisna olunan variantlardan hesab olunsa da, amma hər halda bu da mümkün variantlardan biridir”-deyən politoloq qeyd edib ki, İran bu yaxınlarda qitələrarası ballistik raketi də sınaqdan çıxarıb, belə olan halda Amerika Birləşmiş Ştatlarının coğrafiyadan kənardakı hansısa obyektlərinin vurulması da gündəmdə ola bilər.

Politoloqun fikrincə, İranın müttəfiqlərinin də son dövrlər İrana ciddi şəkildə dəstək verdiyini nəzərə almaq lazımdır: “Son bir aya yaxın müddətdə, etirazlar başlanandan Rusiya, Belarus və Çin ərazilərindən İrana intensiv şəkildə hərbi yüklərin daşındığı ilə bağlı məlumatlar da var”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri