Icma.az
close
up
RU
Gerçəkliyə söykənən tərəfdaşlıq

Gerçəkliyə söykənən tərəfdaşlıq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi mənzərənin görüntüləri

Azərbaycanın xarici siyasətində əsas hədəflərdən biri regionda sabitliyin möhkəmləndirilməsi, qonşu ölkələrlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın genişləndirilməsidir. Xüsusilə Cənubi Qafqaz kimi mürəkkəb və həssas məkanda bu xətt yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından əhəmiyyətlidir. Son dövrlər Azərbaycan, Gürcüstan və Ermənistan ətrafında baş verən proseslər yeni regional reallığın formalaşdığını göstərir.

Azərbaycanın kommunikasiya xətlərinin açılması, yükdaşımaların həyata keçirilməsi və Ermənistanla dolayı iqtisadi əlaqələrin yaranması illərdir səsləndirilən “blokada” iddialarının əsassız olduğunu ortaya qoyur. Bu, Bakının regionda qarşıdurmaya deyil, əməkdaşlığa maraqlı olduğunu nümayiş etdirir.

Məhz bu reallıqlar fonunda ABŞ-ın uzun illər Azərbaycana qarşı tətbiq etdiyi və hüquqi əsası 907-ci düzəlişə dayanan yardım qadağasının aktuallığı ciddi suallar doğurur. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi, Tramp administrasiyasının hakimiyyətə qayıdışı Vaşinqton–Bakı münasibətlərində yeni mərhələnin başlanması üçün imkanlar yaradır. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, bu düzəlişin əsaslandırıldığı arqumentlər, o cümlədən Ermənistanın blokadada saxlanılması iddiası mövcud regional reallığı əks etdirmir. ABŞ-ın Cənubi Qafqazda daha balanslı və rasional siyasət yürütməsinə də mane olur. Onun ləğvi ABŞ-ın yeni regional reallıqları qəbul etməsi ilə yanaşı, Amerika–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə və bölgədə uzunmüddətli sabitliyin möhkəmlənməsinə real töhfə verə bilər.

* * *

Baş verən hadisələrin fonunda bir neçə il əvvəl mümkün görünməyən proseslər bu gün artıq gündəlik praktikaya çevrilir. Gürcüstan üzərindən Ermənistan istiqamətinə nəqliyyat əlaqələrinin bərpası və genişləndirilməsi bu dəyişikliklərin bariz nümunəsidir. Rəsmi Bakının təşəbbüsü ilə formalaşan bu xəttin 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur. Bu isə Azərbaycanın regionda sülh və əməkdaşlıq strategiyasının ardıcıl və uzunmüddətli xarakter daşıdığını göstərir.

Proseslərin konkret təzahürlərindən biri kimi, dünən Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Ermənistana növbəti neft məhsulları tədarükü həyata keçirilib. Sözügedən tədarük çərçivəsində 1 min ton Aİ-92 markalı benzin, 1 min ton dizel yanacağı və 1 min 800 ton Aİ-95 markalı benzin daşınıb.

Xatırladaq ki, ötən ay Azərbaycanın 1 min 300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı Bakıdan Ermənistana yola salınmışdı. Bu ixrac sırf kommersiya xarakteri daşıyır və məhsullar beynəlxalq bazar qiymətləri ilə satılır.

Onu da qeyd edək ki, Gürcüstan hökuməti Azərbaycan neft məhsullarının ilk tranzitini Gürcüstan ərazisindən Ermənistana çatdırmaq üçün rüsum və tarif tətbiq etməyib. Sonrakı tranzitlərlə bağlı Gürcüstanla Azərbaycan şirkətləri arasında bazar əsasında tarif razılaşdırılıb. Bu da hər iki tərəfi razı salıb.

Baş verənlər isə regionda iqtisadi praqmatizmin getdikcə ön plana çıxdığını göstərir. Azərbaycan enerji resurslarının ixracında şəffaflığa, iqtisadi əsaslandırmaya və bazar mexanizmlərinə üstünlük verdiyini bir daha nümayiş etdirir. Burada məqsəd təkcə yükdaşımaların həyata keçirilməsi deyil, bütövlükdə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın, qarşılıqlı etibarlı tranzit və logistika mühitinin formalaşdırılmasıdır. Neft məhsullarının Gürcüstan üzərindən Ermənistana çatdırılması da məhz bu geniş əməkdaşlıq və tranzit konsepsiyasının tərkib hissəsidir.

Bu addımlar regionun geosiyasi mənzərəsində mühüm dəyişikliklərin siqnalı kimi qiymətləndirilir. Ermənistan üçün isə bu proses enerji təchizatının diversifikasiyası istiqamətində atılan ilk real və praktik addımlardan biridir. Beləliklə, Azərbaycanın Ermənistana neft məhsulları tədarükü sadəcə iqtisadi əməliyyat deyil, eyni zamanda, sülh prosesinə xidmət edən mühüm siyasi və strateji addımdır. Çünki bu, tərəflər arasında etimadın artmasına, iqtisadi normallaşmaya və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir. Ermənistan baş naziri Nikol Paşinyanın qatarın gəlməsini “sülh artıq reallığa çevrilib” kimi qiymətləndirməsi onun sülh gündəliyinin reallaşacağına inamını əks etdirir.

TRIPP kontekstində isə bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq ideyasını gücləndirən praktik nümunə kimi çıxış edir. O cümlədən sübut edir ki, davamlı sülhə aparan yol çox vaxt məhz iqtisadi əməkdaşlıqdan başlayır.

Mövzu ilə bağlı politoloq İlqar Hüseynli XQ-yə bildirdi ki, müasir dövrdə iqtisadi və siyasi münasibətlərin inkişafı birbaşa logistik imkanların və kommunikasiya xətlərinin genişlənməsi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlığın gücləndirilməsi regiondaxili iqtisadi əlaqələrin intensivləşməsinə, dövlətlərarası münasibətlərin yaxınlaşmasına xidmət edir: “Enerji kimi strateji məhsul üzrə ticarət əlaqəsinin qurulması etimadın bərpasına yönəlmiş real addımdır. Eyni zamanda, siyasi sülhün möhkəmlənməsi üçün şərait yaradır”.

Politoloq hesab edir ki, bu cür iqtisadi əməkdaşlıq bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır: “Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün “blokada” anlayışı mövcud deyil. Əksinə, hazırda Azərbaycan ərazisindən Ermənistana yüklər daşınır, yollar açıqdır və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac olunur. Bu faktlar göstərir ki, düzəlişin tətbiqinə səbəb olan arqumentlər artıq qüvvəsini itirib”.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, iqtisadi əməkdaşlıq siyasi dialoqun dərinləşməsi və münaqişə risklərinin azalması üçün mühüm zəmin yaradır: “Bu baxımdan neft məhsullarının göndərilməsi sülh prosesinin yalnız bəyanatlar üzərində deyil, real addımlar vasitəsilə irəlilədiyini nümayiş etdirir, siyasi etimadın bərpasına dəstək verir və gələcək əməkdaşlıq üçün zəmin yaradır”.

Politoloq sonda bildirdi ki, məsələyə daha geniş regional kontekstdə yanaşdıqda, bu addım TRIPP kimi tanınan tranzit və inteqrasiya yönümlü təşəbbüslərlə də uzlaşır: “TRIPP anlayışı Cənubi Qafqazda və ətraf regionlarda ticarət, enerji və nəqliyyat əlaqələrinin bərpasını, açıq kommunikasiyalar vasitəsilə sülh və rifahın təşviqini nəzərdə tutur. Azərbaycanın Ermənistana neft məhsulları göndərməsi birbaşa bu layihənin rəsmi elementi olmasa da, onun məntiqinə və məqsədlərinə uyğun gəlir. Çünki regional tranzit imkanları faktiki olaraq işə düşür və əməkdaşlıq üçün real presedent yaranır”.

Ümumilikdə baş verənlər onu göstərir ki, sülh prosesi artıq bəyanatlar mərhələsindən çıxaraq praktik müstəviyə keçib. Bu model qarşılıqlı hörmətə, milli maraqların balansına və praqmatik yanaşmaya əsaslanır. Azərbaycan isə ardıcıl siyasəti ilə həm öz maraqlarını qoruyur, həm də regionda sabitlik və əməkdaşlığa töhfələr verir. Cənubi Qafqazın münaqişə məntiqindən inkişaf məntiqinə keçidi məhz bu cür rasional addımlar sayəsində mümkün olur.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri