Icma.az
close
up
RU
Gərginliyin kölgəsində: Ukrayna və Şərqi Avropada təhlükə siqnalları

Gərginliyin kölgəsində: Ukrayna və Şərqi Avropada təhlükə siqnalları

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın “Ukrayna hücumlara hazırlaşa bilər” bəyanatı beynəlxalq gündəmdə yeni müzakirələrə səbəb olub.

Xüsusilə Şərqi Avropada onsuz da gərgin olan təhlükəsizlik mühiti fonunda verilən bu açıqlama bölgədəki vəziyyətin daha da kəskinləşə biləcəyi ehtimalını gündəmə gətirir. Trampın FTB direktoru Keş Patellə birgə mətbuat konfransında səsləndirdiyi bu fikirlər həm Qərb, həm də Rusiya tərəfindən diqqətlə izlənilir.

Ekspertlərin fikrincə, ABŞ liderinin bu bəyanatı Ukraynanın hərbi planlarına dair yeni siqnal kimi dəyərləndirilə bilər və bu, həm regional sabitliyə, həm də diplomatik münasibətlərə birbaşa təsir göstərə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, xüsusilə son dövrlərdə Şərqi Avropada dron əməliyyatlarının artması müşahidə olunur və bu hal bölgədə ciddi narahatlıqlara səbəb olur:

"Belə bir vəziyyətdə Şərqi Avropa ölkələrinin əsas məqsədi daha güclü Ukrayna ilə irəliləməkdir. Çünki Ukrayna Rusiyanın hücumlarına daha sərt və effektiv cavab verdikcə, Moskvanın diqqəti və resursları məhz Ukrayna cəbhəsində cəmlənəcək, bu da Şərqi Avropa üçün müəyyən mənada təhlükəsizlik təminatı rolunu oynayacaq".

Kazım Kazımov: Ukraynanın belə bir hücuma başlaması müharibənin uzanmasına gətirib çıxara bilər

Onun sözlərinə görə, bu səbəbdən də bəzi dairələr Ukraynanın daha genişmiqyaslı, xüsusilə hava əməliyyatlarına başlaması üçün onu müəyyən mənada təşviq etməyə çalışır. Əlbəttə, ABŞ Prezidentinin bu məsələyə dair söylədiklərində həqiqət payı var. Əgər Federal Təhqiqatlar Bürosu (FTB) bu məlumatları təsdiqləyirsə, deməli, burada təsadüfi bəyanatdan söhbət getmir:

"Bununla belə, mən hesab edirəm ki, Ukraynanın belə bir hücuma başlaması müharibənin uzanmasına, gərginliyin daha da dərinləşməsinə gətirib çıxara bilər. Çünki hər bir münaqişədə olduğu kimi, bir tərəf təzyiqi artırdıqca, qarşı tərəf də eyni miqyasda və bəzən daha sərt şəkildə cavab verir. Nəticədə isə sülhə aparan yol daha da mürəkkəbləşir".

Beləliklə, demək olar ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanın hücumlara hazırlaşa biləcəyi barədə bəyanatı Şərqi Avropada təhlükəsizlik və diplomatik mühitdə yeni müzakirələrə səbəb olub. Bu açıqlama həm regional sabitliyə təsir edə, həm də tərəflər arasında gərginliyin artmasına yol aça bilər. Eyni zamanda, Şərqi Avropa ölkələri və ABŞ tərəfindən Ukraynanın hərbi potensialının dəstəklənməsi, Moskvanın resurslarını cəmləşdirməsinə təsir edərək, müəyyən təhlükəsizlik təminatı yarada bilər. Lakin bu, münaqişənin uzanmasına və qarşılıqlı təzyiqin artmasına da səbəb ola biləcəyindən, vəziyyət diqqətlə izlənilməlidir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri