Icma.az
close
up
RU
Geri qaytarılan məhsulların PULU hara gedir? ŞOK DETALLAR

Geri qaytarılan məhsulların PULU hara gedir? ŞOK DETALLAR

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məhsulun qaytarılması və ya dəyişdirilməsi ilk növbədə istehlakçının qanunla nəzərdə tutulan hüququdur. Lakin biznes baxımından hər bir qaytarılma müəyyən əlavə xərc yaradır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. Onun sözlərinə görə, burada söhbət yalnız satılmış məhsulun geri qəbul edilməsindən getmir:

“Məhsulun daşınması, yoxlanılması, yenidən qablaşdırılması, anbarda saxlanılması, satışa qaytarılması və bəzi hallarda dəyərinin azalması kimi xərclər də yaranır. Xüsusilə geyim, elektronika və digər tez yenilənən məhsullarda qaytarılan malın yenidən əvvəlki qiymətə satılması həmişə mümkün olmur. Buna görə mağazanın real itkisini yalnız məhsulun satış məbləği ilə ölçmək düzgün deyil; əsas göstərici qaytarılmanın yaratdığı ümumi əməliyyat xərcidir. Toyuqlu pizza

Bizneslər bu riskləri müəyyən qədər əvvəlcədən qiymətlərində nəzərə ala bilərlər. Qiymət formalaşarkən yalnız məhsulun alış dəyəri deyil, logistika, anbar, əməkhaqqı, marketinq, ödəniş sistemlərinin komissiyaları və digər əməliyyat xərcləri də nəzərə alınır. Qaytarılma faizi yüksək olan biznesdə bu xərclərin məhsulun maya dəyərinə və nəticədə satış qiymətinə təsir etməsi mümkündür. Lakin “qaytarılma oldu, deməli həmin məbləğ birbaşa bütün məhsulların qiymətinə əlavə edilir” yanaşması düzgün olmaz. Bu, şirkətin biznes modelindən, marjasından, məhsul kateqoriyasından və qaytarılma səviyyəsindən asılıdır”.

Ekspert qeyd edib ki, istehlakçı baxımından da qaytarılmanın görünməyən xərcləri var:

“Əgər məhsulu mağazaya fiziki qaydada aparmaq tələb olunursa, nəqliyyat xərci və vaxt itkisi yaranır. Onlayn alış-verişdə isə kuryerin gözlənilməsi, məhsulun qablaşdırılması və geri göndərilməsi kimi əlavə vaxt və logistika xərcləri meydana çıxa bilər. Bəzi hallarda ödəniş və geri qaytarma proseslərinin müddəti də istehlakçının vəsaitdən müəyyən müddət istifadə edə bilməməsinə səbəb olur. Buna görə istehlakçının real xərcini yalnız məhsul üçün ödədiyi məbləğlə məhdudlaşdırmaq olmaz.

Onlayn ticarətdə bu məsələ daha da əhəmiyyətlidir. Elektron ticarətdə istehlakçının məhsulu fiziki olaraq əvvəlcədən yoxlamaq imkanının məhdud olması, xüsusilə geyim və ayaqqabı kimi kateqoriyalarda qaytarılma ehtimalını artırır. Qaytarılma sayı artdıqca biznes üçün iki istiqamətdə xərc formalaşır: logistika və əməliyyat xərcləri artır, eyni zamanda məhsulun təkrar satışa hazırlanması üçün əlavə resurs tələb olunur. Məhsulun müəyyən müddət anbarda qalması və ya mövsümi məhsul olması halında isə onun əvvəlki qiymətə satılmaması əlavə maliyyə itkisinə çevrilə bilər.

Burada əsas məsələ istehlakçı hüququ ilə biznesin iqtisadi maraqları arasında balansın qorunmasıdır. Qaytarılma mexanizminin mövcudluğu istehlakçı etimadını artırır və elektron ticarətin inkişafına xidmət edir. Digər tərəfdən, həddindən artıq və səmərəsiz qaytarılmalar biznes üçün əlavə xərc yaradır və uzunmüddətli perspektivdə bu xərclər qiymətlərə və xidmət şərtlərinə təsir göstərə bilər. Ona görə həm istehlakçı, həm də satıcı üçün əsas məqsəd qaytarılma hüququndan düzgün istifadə və bu prosesin yaratdığı xərclərin mümkün qədər optimallaşdırılması olmalıdır”.

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri