Icma.az
close
up
RU
AQTA satışdan çıxardığı məhsulların adını NİYƏ GİZLƏDİR? ŞOK DETALLAR

AQTA satışdan çıxardığı məhsulların adını NİYƏ GİZLƏDİR? ŞOK DETALLAR

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Son günlər Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı mətbuatda şikayətlər çoxalmaqdadır. Xüsusi ilə qurumun mətbuat xidmətinin jurnalistlərin sorğusuna başdangetdi cavab verməsidir. Ölkənin ən aparıcı saytlarından olan Axar.az saytı qeyd edir ki, iki aydır şikayətlə bağlı sorğularına qurumdan  cavab verilmir. O boyda qurum 8 sual qarşısında aciz qalıb.

Sitat.info olaraq, biz də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bir neçə məsələ ilə bağlı müraciət etmişik. Özü də birbaşa qurumun mətbuat xidmətinin rəhbəri İlkin Kərimova...

İlk şikayətimiz mağazalarda tərkibi və mənşəyi bəlli olmayan "pişik sosiska"ları ilə bağlı oldu. Təsəvvür edin ki, Xəzər rayonu ərazisində AQTA-nın icazəsi ilə kiloqramı 2 manata "Şəfəq" adlı toyuq sosiskası piştaxtalarda bəh-bəhlə satılır. Məhsul o qədər ucuz və keyfiyyətsizdir ki, bəzi ailələr onu pişik üçün alırlar və adı "pişik sosiskası" qalıb. Ancaq daha çox aztəminatlı ailələr ucuz qida məhsulu kimi alır, tərkibinin nə olduğu bilinməyən məhsulu yeyirlər.

Həmin mağazada olduq, videolentə də aldıq. Bu barədə iki dəfə material hazırladıq, aidiyyatı quruma da sorğu göndərdik. AQTA-ya mürciət edib, insan həyatına təhlükəli olan bu məhsulla bağlı tədbir görülməsini tələb etdik.10 günə yaxın qurumdan cavab gözlədik, xəbər çıxmadı. Daha sonra yenidən yazıb, məsələnin nə yerdə qaldığını soruşduq. Unutmuşdular... Qısa zamanda cavablayacaqlarını bildirdilər. Nəhayət... Qurumun mətbuat xidmətinin rəhbəri "vatsap"ımıza sadalanan probelmlə bağlı tədbir görüləcəyini bildirdi. Bir aya yaxın zaman keçdi və. bu yaxınlarda yenə həmin mağazaya baş çəkdik. Satıcı ilə həmsöhbət olduq. Çəkilişimizə görə onu incidibmişlər. Bu da bir ayrı məsələdir, amma "Şəfəq" sosiskaları yenə piştaxtalarda öz yerini almışdı. "Şəfəq" dən başqa da ucuz sosiskalar var idi... AQTA nə sosiskanın tərkibi ilə bağlı, nə də sosiska ilə bağlı məlumat vermədi.  Toyuq ətinin baha olduğu vaxtda bu sosiskalar necə olur ki, bu qiymətə başa gəlir?

 Son vaxtlar da yeni qayda icad ediblər, tərkibində problem olan məhsulun istehsalçısının adını çəkir, məhsulun markasını, adını qeyd etmirlər. İstehlakçı üçün isə istehsalçının adı və ünvanı yox, konkret hansı adda olan məhsulun keyfiyyətində problem olmasıdır. 

AQTA əməkdaşları istehsalat müəssislərinə də baxış keçirirlər. Ötən ay bir neçə kərə yağında uyğunsuzluq aşkarlandığı üçün satışdan çıxarıblar. Burada da qaranlıq və müəmmalı məqamlar var. AQTA satışdan çıxardığı kərə yağlarının adını qeyd etmir. Mətbuata ötürdükləri məlumatda kərə yağının tərkinində bitki yağları aşkarlandığını və yalnız həmin kərə yağını istehsal edən şəxsin adı qeyd edilib. Ən əsas məqam isə "gizlədilib".  

Sizcə, istehlakçıya kərə yağını satan adamın adı lazımdır, yoxsa piştaxtadakı kərə yağının adı...Təəccüblüdür,  AQTA istehlakçını aldadan, bəh-bəhlə alıb yediyi, tərkibində uyğunsuz maddələr olan kərə yağlarının siyahısını niyə gizlədir? Bu ən vacib məqamdır. Kərə yağları ilə bağlı məlumatlarında firmanın adı niyə qeyd olunmur? Burada belə sual yaranır ki, həmin kərə yağlarının başqa bir istehsalçının və ya sahibkarın adı altında yenidən piştaxtalara qayıtmadığı nə məlumdur. Həmin məhsulların marketlərdən yığılıb utilizasiya edilməsini də biz görmürük. Belə isə bu qurumun apardığı araşdırmanın nə mənası var? Belə görünür ki, məqsəd sadəcə sahibkarlara təzyiq göstərməkdir, istehlakçını isə düşünən yoxdur. 

Məğrur Salmanov,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri