Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Geridə qoyacağımız əjdaha ilində ölkəmizdə nələr baş verdi? Kaspinin araşdırması

Geridə qoyacağımız əjdaha ilində ölkəmizdə nələr baş verdi? Kaspinin araşdırması

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Əjdaha ili ölkə daxilində mühüm hadisələrlə zəngin oldu. Zəfər parkının açılışı, Xankəndidə Qarabağ Universitetinin istifadəyə verilməsi, qanunvericilikdə geniş müzakirələrə yol açan dəyişikliklər bu olayların ən diqqətçəkənləridir.

2024-cü il başa çatır. Geridə qoyduğumuz günlər fəxr etdiyimiz hadisələr, həyəcanlandığımız anlar və köks ötürdüklərimizlə yadda qaldı. İtirdik də, qazandıq da... Amma bu il də gələcək nəsillərin tarix kitablarında qalib Azərbaycanla bağlı rast gələcəyi hadisələr az olmadı.

Gəlin nəzər salaq, geridə qoyacağımız əjdaha ilində ölkəmizdə nələr baş verdi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müstəqillik tarixinin ən böyük büdcəsi

2024-ildə Azərbaycan müstəqillik tarixinin ən böyük dövlət büdcəsi təsdiqləndi. Belə ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat oldu. Dövlət büdcəsi ölkəmizin əsas hədəfləri və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanıb. Prioritet istiqamətlər sırasında ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi dayanır.

Zəfər parkı istifadəyə verildi

Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında Azərbaycanın üçrəngli bayrağını ucaldıb. Üçrəngli bayrağımız ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb. Həmçinin Prezidentin iştirakı ilə Bakıda Zəfər parkının açılışı olub. Park Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb.

İlin bizi qürurlandıran əsas hadisələrindən biri

İlin bizi qürurlandıran hadisələrindən bəhs edərkən, Qarabağ Universitetindən danışmasaq olmaz. Zəfər tariximizin qürurverici hadisələrindən biri də Qarabağ Universitetinin fəaliyyətə başlaması idi. Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaranıb, 1973-1988-ci illərdə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də strateji önəm daşıyır. Bu ali təhsil müəssisəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesi bölgənin inkişafında xüsusi rol oynayacaq. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər tələbə qəbul olub. Növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır. Həmçinin 2024-cü ildə Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin açılışı olub. Laçın rayonu Sus kənd 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə öz fəaliyyətinə başlayıb. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli 624 yerlik tam orta məktəbi və Xocalı şəhər 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə istifadəyə verilən məktəblərin sırasında yer alır.

Xocalıda Novruz bayramı

İlin ən çox gözlənilən və sevindirən hadisələrindən biri, martda Xankəndi və Xocalıda uzun illərdən sonra ilk dəfə Novruz bayramının qeyd edilməsi idi.

Xocalıda yanan Novruz tonqalının alovu bu il bütün ölkəni isitdi. Çünki 2024-cü ilin bayram tonqalı əvvəlki illərdəkindən daha gur idi.

Qanunvericilikdəki dəyişikliklər

2024-cü ilin yaddaqalan hadisələrdən biri də "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliklərdir. Yeni qaydalara görə, çağırış yaşı 35-dən 30-a endirilir. Milli Məclisdə qəbul edilən qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

İlin yaddaqalan hadisələrini qeyd edərkən Ailə Məcəlləsinə edilən dəyişiklikdən danışmasaq olmaz. Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qan qohumlarının nikaha daxil olması qadağan edilir. Həmçinin erkən nikahlarla bağlı 17 yaşda evliliyə icazə istisnası ləğv edilir. Layihədə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbin kəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunub.

Minimum əməkhaqqı və təqaüdlər artırılır

İli yola saldığımız bu günlərdə Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzaladı, minimum əməkhaqqı, pensiyalar artırıldı. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Nazirlər Kabinetinə isə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərin bir ay müddətində Prezidentə təqdim edilməsi tapşırılıb. Eyni zamanda, hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri