Geriyə atılacaq addımımız qalmamışdı Aslan Kərimov
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan millisi dünən Litva ilə qarşılaşıb. Tərəflər arasında gərgin keçən görüşdə Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1:0 hesabı ilə qalib gəlib.
Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Hesab edirəm ki, Lixtenşteynlə oyunda da əzmkar idilər, sadəcə olaraq müəyyən epizodlarda qol imkanlarını reallaşdıra bilmədik. Bu iki oyundan sonra komandada psixoloji olaraq bir az eniş var idi. Məncə, texniki heyət futbolçulara bu görüşdə bir az da aqressivlik və əzmkarlıq qatdı. Çünki həqiqətən də artıq geriyə atılacaq addımımız qalmamışdı. Əgər bu oyunda heç-heçə etsəydik və ya xal itirsəydik, hər şeyi əldən vermiş olacaqdıq. Düzü, mənə görə hər şey əldən çıxmırdı. Məğlub olsaq və ya heç-heçə etsək də dəyişən bir şey yox idi, sadəcə oyunçularımız özlərinə inamı itirəcəkdilər. Mənə elə gəlir ki, o heç-heçə bu oyuna təsir göstərdi. Lixtenşteyni məğlub edə bilməməyimiz o qədər qınandı ki, oyunçular da öz potensiallarını göstərmək istədilər. Əslində onları udacaq gücdəyik, sadəcə Lixtenşteynlə oyunda bəxtimiz gətirməmişdi. Bəlkə də bunun verdiyi motivasiya ilə bu oyunda daha aqressiv göründülər və məncə, haqlı olaraq da qələbə qazandılar. Əslində bu matçda daha çox qol vurmalı idik".
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 05 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















