Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

“Get, öz işinlə məşğul ol” ELDƏNİZ QULİYEVDƏN SUAD QARAYA SƏRT İSMARIC

“Get, öz işinlə məşğul ol” ELDƏNİZ QULİYEVDƏN SUAD QARAYA SƏRT İSMARIC

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasından sonra, filmin rejissoru və ssenari müəllifi, keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qara (Qarayeva) bir neçə gündür ki, sosial şəbəkədə çox ciddi tənqid olunur, hətta onu təhqir edənlər də var. Mediada yayılan məlumata görə isə, bir qrup ziyalı Suad Qaranı məhkəməyə verməyə hazırlaşır. 

Qızının çəkdiyi filmə görə, Əbülfəz Qarayevin haqqında da tənqidi fikirlər səslənir. Həmçinin, onun barəsində cinayət işi açılan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yaxın olduğunu qeyd edənlər də var.

Mövzu ilə bağlı yazıçı, kinodramaturq Eldəniz Quliyev Hurriyyet.az-a bildirib ki, o, film haqqında susub: “Heç bir münasibət bildirmədim. Film başqa şeydir, tarixi şəxsiyyətə münasibət başqa şeydir. Çox təəssüf ki, filmə baxmamışam. Ola bilsin ki, filmin səviyyəsi var, sənədli, bəii filmin qanunlarına uyğun çəkilib, montaj duz olub, işıq düz quraşdırılıb, operator düz işləyib və. s. O ki qaldı tarixi şəxsiyyəti o cür, yəni haqqında sevgi dolu rəy olan bir adamı, tutaq ki, Səməd Vurğunu, Babəki, Koroğlunu - qurdalamaq və təftiş etmək, inan ki, bu, kinonun işi deyil.

İkincisi də, o cür cavan, dünyanı ancaq öz prizmalarından, öz rakuslarından görən və gördüyü dünyada əxlaq kodeksi, milli-mənəvi dəyərlər sistemi əyri görünən bir adamın ortaya qoyduğu film ola, mövzu ola. Mən bunun əleyhinəyəm. Nə qızın atasından, nə də qızın özündən danışmaq istəyirəm. Sadəcə, ona başa salmaq lazım idi ki, əgər bu sahədə tamaşaçını heyrətləndirmək istəyirsənsə, sən başqa mövzuda işlə. Sənin Məhsəti ilə nə işin var? Özü də ki, hələ heç bilinmir Məhsəti tarixi şəxsiyyətdir, ya deyil. Amma düzdür, deyirlər ki, tarixi şəxsiyyətdir. Bir “poeziya kəpənəyi” olub. Kəpənəyin qanadlarının trayektoriyası məlum olmadığı kimi, onun yazdıqları da ruhla bağlı olan şeylərdir. Sən ora baş vura bilməzsən, axı qızım. Yəni belə yerdə deyirlər ki, get, öz işinlə məşğul ol. Başın girməyən yerə niyə bədənini soxursan?

Sözün dorğrusu, belə bir filmin ortaya çıxması məni təəssüfləndirdi. Halbuki, o qədər istedadlı adamlar var, o qədər lazımlı mövzulara baş vurmaq istəyirlər ki, sadəcə onların nə nüfuzlu atası, nə də pullu dayısı var. Onun üçün onlar elə yavaş-yavaş cavan qocalırlar”.

Keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlər əlaqələndirilməsinə gəlincə, E.Quliyev belə dedi: “Bu dəqiqə yağışın yağmasını da, günəşin batmasını da, çıxmasını da, istəsələr Ramiz Mehdiyevlə əlaqələndirə bilərlər və eləyirlər də. İllah da ki sosial şəbəkələrdə. Absurd məsələdir. Ramiz Mehdiyevin öz məsələsi elə absurddur. Biri heç dayanıb baxmır, fikirləşmir ki, a balam, dövlətin elə idarə edəni bu idi də. Ölkə başçısının “sağ əli” vitse-prezidentdirsə, “sol əli” bu idi də. Hamı bilirdi ki, nazirlərin də, icra başçılarının da, hamısının təyinatında Ramiz Mehdiyev rol oynayırdı. Ramiz Mehdiyev özü başında dayandığı hakimiyyəti çevriliş eləyər? Öz “ayağı”nı sındırar ki, yıxılsın? Bunun özü absurddur. Yəni kökündə absurdluq, yalan var. İndi bundan sonra hər şeyi onun adına yazmaq, 50 nəfər “spisok” çıxarmaq,  “onun tərəfdarı olub” demək, şəxsən buna inanmıram. Düşünülmüş bir ssenaridir və kim düşünübsə, çox “bezdarnı” düşünüb. Əgər sən bir adamdan canını qurtarmaq istəyirsənsə, bu cür sicilləmə Azərbaycan serialına oxşayan bir şey yazmaq lazım deyildi.

O cümlədən, həbs olunan adamlara görə də absurddur. Özü oturub villasında, tutaq ki, onunla nə vaxtsa yazışmış adamları istintaqa cəlb edəsən, bəzisini həbs edəsən. Azərbaycan tarixində 3-4 il məsafədən sonra baxanda o qədər gülməli görünəcək ki, adam ağlamaq istəyəcək.

O ki qaldı Əbülfəz Qarayevi Ramiz Mehdiyevlə bağlamağa, hamını bağlamaq olar, o cümlədən deputatları. Orada olan deputatların 99 faizini ora otuzduran Ramiz Mehdiyev olub, nazirləri qoyan da o olub. Nətəhər ola bilər ki, indi hamı söyür? İndi daha çox qışqıranlar daha çox onun çörəyini yeyən adamlardır. Biabırçılıqdır. Bu cür absurd ölkə olmaz”.
CAVİD

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri