Icma.az
close
up
RU
“Həmin qalmaqal edənlər Cahangirə deyəcəklər ki, get öz işinlə məşğul ol, ağzına gələni…” SƏRT AÇIQLAMA

“Həmin qalmaqal edənlər Cahangirə deyəcəklər ki, get öz işinlə məşğul ol, ağzına gələni…” SƏRT AÇIQLAMA

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Hər kəs öz işi ilə məşğul olsa çox yaxşı olar. Aktyor öz işi ilə məşğul olsun, rejissor da öz işi ilə. Əfsuslar olsun ki, sənət adıyla, sənəti sevirəm adıyla qalmaqal yaradanlar heç də sənəti sevmirlər. Sadəcə olaraq vəzifədə olmaq, kimisə aşırmaq istəyirlər. Bütün oyun da bunun üstündə qurulub. Bu mənim şəxsi fikrimdir.

Vəzifə istəyənlər öz məqsədlərinə çatmaqdan ötrü sağdan, soldan, yuxarıdan, aşağıdan nəsə bir işlər görəcəklər ki, nəyisə dağıtsınlar. Cahangir gəlib də bir ağsaqqal kimi onlara nə deyə bilər ki? Kimə öyüd verəcək? Sual budur.. Kimə dərs keçəcək? Mənim sualıma cavab verə bilərsiz? Sizə elə gəlmir ki, həmin o qalmaqal törədən adamlar Cahangirin özünə deyəcəklər ki, get öz işinlə məşğul ol! Mənim fikrim bu mövzuda belədir. Mən çox açıqlamalar verə bilərdim. Amma lazım deyil”.

Ölkə.az xəbər verir ki, bunu medianews.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib. O daha sonra son günlər teatrda bir-birinin ardınca baş verən qalmaqallardan danışıb:

“Hər-hansısa bir sənəti dağıdan dedi-qodular, dır-dırlardır. Mən işin içində deyiləm. Mən də sizin kimi hardasa oxumuşam, görmüşəm. Kim-kimi döyübsə, söyübsə bunları dəqiq bilmirəm. Xəbərin yoxdur. Teatr o səviyyədə olmalı deyil. Mən düşünürəm ki, insanlar özlərini şəxsiyyət sayırlarsa danışanda hər ağzına gələni danışmalı deyillər. Belə getsə teatrları dağıdıb, bağlayacaqlar. Heyifdir, gözəl işlər də var axı! Bir qrup kimlərsə narazıdırsa, onu teatrın daxilində həll etməlidirlər. Həmişə belə olub. Hansısa rejissor gələndə köhnə nəslin adamları onu qəbul etməyiblər. Tofiq Kazımovu Hökümə Qurbanova qəbul edib? Əlbəttə ki, yox! Bu həqiqətdir! Çünki Tofiq Kazımova köhnə, pafoslu aktrisa-aktyor lazım olmayıb. İndi də yəqin ki, həmin problemdir.

Rejissor gəlir daha aktiv, daha plastik aktyorları istəyir. Dövr, zaman dəyişir. Bununla da qəbullanmaq lazımdır. Rəhbərlik başqa bir rejissor dəvət edə bilər ki, həmin bu köhnə kadrlarla da bir tamaşa qursun. Onlar da işlək vəziyyətdə olmalıdırlar, narazı olmalı deyillər. Aktyor işləməyəndə narazı olur, rol oynamaq istəyir. Həmin bu köhnə komanda üçün də ildə 2-3 dəfə tamaşa qurmaq lazımdır. Adam utanıb xəcalət çəkir ki, bunlar niyə bu günə qaldılar? O bunu bəyənmir, bu onu bəyənmir. Hər kəs öz işi ilə məşğul olsun! İntriqa nədən yaranır? Kimisə döymək, çırpmaq nə deməkdir? Bunlar özlərinə kimi nümunə götürürlər? Mən bir neçə gün əvvəl aktyorlarla görüşdüm, amma heç birindən bu barədə bir söz də soruşmadım. Həlli yolları da tapılacaq. Kimsə gəlib bunların başına ağıl qoymaqla deyil. Siz indi deyirsiz ki, Cahangir gəlməlidir. O bir dəfə gəlmişdi. Dedi ki, “Azərbaycanda teatr ölüb”. Xeyr, Azərbaycan teatrı ölməyib. Mən onun bu fikri ilə razı deyiləm. Azərbaycan teatrı yenilənib, dəyişib. Azərbaycanda teatr olub, var və olacaq. Düzdür, pisləri də var, amma yaxşı şeyləri də var. Mən baxıram ürəyim açılır.

Pisliyə-pisliyə durmaq lazım deyil. Mən indi durub deyim ki, süni intellekt niyə gəlir? Tək Azərbaycana yox, hər yerə gəlir. Qəbullanmaq, ordan çıxış yolu tapmaq lazımdır. Aktyor aristokrat, ziyalı bir insan olmalıdır. Belə hərəkətlərlə yox! İnformasiya işıq sürəti ilə hər yerə yayılır. Teatrın hörmətini salmaq lazım deyil. Yaşlarına, başlarına uyğun hərəkət etsinlər. Bu hamıya aiddir. Ən azından aktyorlar üçün ayıbdır” deyə aktrisa bildirib.

Gülşad Baxşıyeva bildirib ki, hazırda bir-neçə rejissor var ki, işləri göz önündədir:

“Rejissor qıtlığı hər zaman olub. O rejissor bu rejissoru bəyənməyib, bu rejissor o rejissoru. İndiki rejissorlar bir-birlərinə çox hörmətlə yanaşırlar. Bu dəqiqə 3 yaxşı rejissor var. Bura aiddir Mehriban Ələkbərzadə, Mikayıl Mikayılov və Nicat Kazımov. Bunların hər biri gözəl rejissorlardır. İncəsənət universitetini bitirən Mehriban xanımın 2 tələbəsi var. Adları yadımda qalmayıb. Səhv etmirəmsə biri Lənkəran teatrına göndərildi. Heç kimin üstündən xətt çəkmək olmaz. Deyirlər ki, filankəs gəlib ölmüş teatrı qaldıracaq. Ölmüş şeyi qaldırmaq olmur. Demək var ki, qaldıracaqsınız da. Mən düşünürəm ki, heç kəsə ehtiyac yoxdur.

Azərbaycanda yaxşı rejissorlar var. Ən böyük dahi rejissorlarda da belə olub. Hansısa tamaşaları uğursuz da olub. İnkişaf gedir, özü də çox gözəl gedir. Çünki dünya inkişaf etdikcə biz köhnə teatr anlamında qalmalı deyilik. Biz inteqrasiyaya uğramalıyıq. Yenilikçi olmalıyıq. Mənə dəvət gəlsə ki, gəl filan rolu oyna, mən mütləq həmin rejissordan soruşacam ki, sən bunu nə cür görmək istəyirsən? Mənim orada fiziki durumum necə olacaq? Mən görsəm ki, onun dediklərinə cavab vermirəm, mən oynamayacam. Çünki mən artıq o yaşda deyiləm. Mən meydandan çəkiləcəm, o yerimi verəcəm cavanlara. Hansı ki, onlar daha cavandır, hər hərəkəti edə bilər, plastikası var. Buna qəbullanmaq lazımdır. Qəbullanmayan aktyorlar dedi-qodular yayırlar, hər şeyi dağıtmaq, öz üzərlərində qurmaq istəyirlər” deyə aktrisa bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Aprel 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri