Icma.az
close
up
RU
Getdikcə artan boşanmalar: Ailənin axırına bunlar çıxır...

Getdikcə artan boşanmalar: Ailənin axırına bunlar çıxır...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Boşanmalara bəzən ailələrin və yaxın qohumların da münasibətləri təsir göstərir. Düşünürəm ki, bəlkə də daha çox bu məsələ problem yaradır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri qeyd edib ki, boşanmaların səbəbləri ilə bağlı media orqanları, qeyri-hökumət təşkilatları, müvafiq mərkəzlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də əlaqədar dövlət qurumları tərəfindən təhlillər aparılır:

“Təhlillər zamanı müxtəlif səbəblər meydana çıxır ki, bunlar, psixoloji, sosial, uyğunsuzluq, qərarın sürətli verilməsi kimi faktorlardır. Hesab edirəm ki, boşanma qərarını vermək insan həyatında ən vacib seçimlərdən biridir. Bu seçimi edərkın ciddi düşünmək və imkanları dəyərləndirmək lazımdır.

Bunun üçün isə maarifləndirmə və məlumatlandırma olmalıdır ki, biz də bu istiqamətdə fəaliyyət göstəririk. Boşanmaları aradan qaldırmaq üçün zamana, daha çox məlumatlandırmaya və məsuliyyət hiss etməyə vadar edən təbliğat aparmağa ehtiyac var. Bunun üçün isə medianın dəstəyinə ehtiyac var”.

Məsələ ilə bağlı "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, istənilən problemə nəzər yetirəndə, buna paralel olaraq, sosial psixoloji duruma da mütləq nəzərə alınmalıdır:

"Bildirm ki, ölkəmizdən kənarda baş verən hadisələrin (müharibələr, təbii fəlakətlər və s.) belə, ailə münasibətlərinə mənfi təsirləri olur. Məhz hər bir dövrün də özünəməxsus təsiredici faktorları olur.

Əgər 20 il əvvəl boşanmaya təsir edən amillər dünyagörüşü, təhsil səviyyəsi və səhhət idisə, bu gün də fərqli amillər boşanmalara gətirib çıxara bilir. Yəni bu sahədə məşğul olanlar təkcə fərdlərin davranışı deyil, kütləvi davranışlarda baş verən prosesləri də izləməlidir.

Bu gün kütləvi davranışların ailələrdə boşanmaya gətirib çıxarması  tendensiyası var və bu, reallıqdır. O cümlədən ailə üzvlərinin, onların davranışı, münasibəti də buradan qaynaqlana bilir. Belə ki, əvvəllər böyük ailələr və nəsillərarası münasibətdə subordinasiya, nüfuz, hörmət, inam, etibar vardısa, indi bu cür  münasibətlər toplusu kifayət qədər öz əhəmiyyətini itirib.

Çünki həm böyük ailələr yox dərəcəsinə enib, həm də müəyyən təbliğat  elementlərində insanların özləriylə yanaşı, qarşı tərəfə hörmət münasibəti ilə bağlı dəyərlər yanlış təbliğ edilib.

Məsələn, sosial şəbəkələrdə hər hansı bir keysi paylaşan şəxslərə özünün qərara qəbul etməsi ilə bağlı mesaj verilmir, daha çox özlərinin qəraralarının qəbulunu təlqin edirlər.

Halbuki həmin şəxslər ailə münasibətindəki çətinlik və narahatçılığın kökünü bilmir, həmin an və ya o ərəfələrdə baş verənləri əks etdirən yazıları oxuyur, buna görə qərar verirlər.

Bəzən isə bu təkliflər ifrat kəskin notlarda təlqin edilir.

Böyük ailənin və ya ailə bağlarının müsbət cəhəti o idi ki, bəlkə də hansısa reabilitasiya mərkəzi deyil, ailə üzvlərindən nüfuzlu bir şəxsin bu münasibətləri tənzimləmək bacarıqlarına malik idi. Hazırda bu  bacarıqlar itmək üzrədir, eyni zamanda bunun kökündə insanlarda sevgi, doğmalıq kimi mühüm psixoloji amilləri itirilir".

Mehriban Zeynalova qeyd edib ki, insanlar arasında təbliğat və maarifləndirmə işləri aparılmalıdır:

"Lakin ən mühüm məsələ bu təbliğat və maarifləndirmə işini kimin apardığıdır. Əgər maarifləndirmə işini aparan şəxsin özünün ailə ilə bağlı keçmişdən qalma  travmaları varsa, bu maarifləndirmə işində o bu travmalara söykənib danışacaq. 

İstənilən səsli, yazılı fikir hər insana müxtəlif təsir göstərir. Ailələr boşanmaya səbəb olur kimi fikirlər eşidən şəxsin həmin anda əgər evində gərginlik varsa və ətrafda boşanma problem kimi görünmürsə, həmin şəxs düşüncək ki, mən bu gərginlikdə yaşamaqdansa, boşansam yaxşıdır. 

Şəxs ehtimal ki, ona qədər tərddüddə idi. Ətrafda kütləvi boşanma xəbərləri şəxsin ailədəki anlaşılmazlıq və gərginliyi aradan qaldırmağa sərf edəcəyi düşüncəni aradan qaldırır və qərarı tezləşdirir.

Təbii ki, ailədə davamlı zorakılıq və təhlükə barədə danışmırıq. Çünki orada artıq ailənin birgə qalması hər iki tərəf üçün təhlükəlidir. Bu baxımdan, Bahar xanım haqlıdır, mətbuatda gedən yazıların mühüm təsiri olur. 

Bu məsələnin həlli yolu isə sosial mərkəzlər açmaq, yeniliklərə istiqamətlənmək lazımdır. İnternet əsri olduğü üçün bu imkanları mənfiyə deyil, müsbətə çevirmək üçün alətlər barədə düşünməliyik".

Psixoloq Ələkbərova Aytən isə bildirib ki, boşanmaların səbəbi daha çox psixoloji vəziyyətlə bağlıdır:

"Ailədə yaranan uyğunsuzluq, ailənin bir-birinə tamamlı və davamlı şəkildə dözməsinin indeksinin aşağı düşməsi əsas səbəblərdəndir.  Xüsusilə ilk ailə qurulduğu müddətdə hər şeyin kreditlərlə edilməsi, göstəriş üçün çəkilən xərclər nəticəsində yaranan borclar içində ailələrin maddi durumlarının sıfır səviyyəyə enməsi müəyyən problemlər yaradır.

Eyni zamanda ailələrdə doğulacaq uşaqların adının qoyulmasında belə münaqişələr, anlaşılmazlıqlar yarana bilir. Günümüzdə qohumlarda müəyyən proseslərə müdaxilə etdikləri üçün özləri də bilmədən ailələrin dağılmasına səbəb olurlar”.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri