Getdikcə artan Dang qızdırması qorxu yaradır VİDEO
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Kezon şəhərində Dang qızdırması hallarının sayı sürətlə artır.
Moderator.az Yenisabah.az-a istinadən xəbər verir ki, rəsmi hökumət məlumatlarına görə, 24 fevral tarixinə qədər şəhərdə 2.500-dən çox yoluxma qeydə alınıb. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,9 faiz artım deməkdir. İlin əvvəlindən indiyədək azı 11 nəfər həyatını itirib. Yoluxanların təxminən yarısını isə 10 yaşdan kiçik uşaqlar təşkil edir.
Epidemiya ilə mübarizə çərçivəsində yerli hakimiyyət orqanları aşağı gəlirli və sıx məskunlaşmış ərazilərdə, həmçinin məktəblərdə təmizlik və dezinfeksiya tədbirlərini gücləndirib. Şəhər boyu dərmanlama işləri davam edir, səhiyyə mərkəzlərinin iş saatları isə uzadılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Fevral 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















