Icma.az
close
up
RU
Gətiririk, yedirib içiririk, udub qayıdırlar: Niyə bizimlə oynamaq istəmirlər?

Gətiririk, yedirib içiririk, udub qayıdırlar: Niyə bizimlə oynamaq istəmirlər?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan futbolundakı biabırçılıq davam edir. 

Ölkəmiz futbolda o qədər geri qalıb ki, istər millimiz, istər komandalarımız oynamağa rəqib tapmır. 

Çünki kimsə bizim komandalarla yoldaşlıq görüşü keçirmək istəmir. Görünür, bunu vaxt itkisi hesab edirlər. İş o yerə çatıb ki, Azərbaycan yığması yoldaşlıq görüşü keçirmək üçün başqa milli komandaları razı sala bilmir. 

Bu səbəbdən Azərbaycan Futbol Federesiyaları Assosiasiyası (AFFA) qəribə bir variant tapıb. AFFA bizimlə yoldaşlıq görüşü keçirməyə razılaşacaq yığmaları xüsusi təyyarə ilə ölkəyə gətirir. Üstəlik, onların buradakı bütün xərcləri də AFFA tərəfindən qarşılanır. 

Matçdan sonra da onlar eyni qaydada həmin təyyarə ilə geri qayıdırlar. Yəni, dünyada analoqu olmayan bir vəziyyətlə üz-üzəyik. Buna razılaşan yığmaların isə Haiti və Belarus kimi onsuz da rəqib tapmaqda çətinlik çəkən ölkələr olması ayrı bir ironiyadır. Bənzər vəziyyət klub komandalarımızda da yaşanır. 

Premyer Liqada çıxış edən klublarımız yay və qış tətilində rəqib tapa bilmirlər. Buna görə də təlim- məşq toplantılarını sadəcə Türkiyə və ya Rusiya kimi qonşu ölkələrə salırlar. Çünki onlarla da yoldaşlıq görüşü keçirməyə razılaşacaq xarici klub tapılmır. 

Bəs niyə millimiz və klublarımız yoldaşlıq görüşləri keçirmək üçün rəqib tapa bilmirlər?

Nə üçün kimsə bizimlə oynamaq istəmir? Mövzu ilə bağlı “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, dünyada milli komandalar müxtəlif kateqoriyalara bölünürlər: 

“Dünya Çempionatı və ya Avropa Çempionatının final mərhələsində oynamaq istəyənlərlə qarşılarına başqa hədəf qoyan millilərin hər birinin fərqli strategiyaları var. 

Bizim milli komandamızın hədəfləri ilə görməli olduqları işlər tərs mütənasibdir. Əslində, Fernandu Santuş kimi mütəxəssislər daha hazır və futbolu inkişaf edən klass komandaların baş məşqçisi olur. Azərbaycan yığmasının isə dərdi tamam başqadır. Biz futbolda hər şeyi sıfırdan başlamalıyıq. Düzgün hədəf qoyulmalı və bu istiqamətdə normal fəaliyyət planı olmalıdır. Bu gün futbolumuzun inkişafı istiqamətində çatışmazlıq məhz budur”. 

Ekspert qeyd edib ki, ölkələrin böyük əksəriyyəti millimizlə yoldaşlıq görüşündən imtina edir: 

“Millətlər Liqası adlanan turnir var. Bu turnir eyni səviyyədə olan yığmaların bir-birləri ilə oynamaq məqsədilə yaradılıb. Hətta bir-birinə yaxın komandalar ayrı-ayrı diviziyalara bölünüblər. Belə turnirlər olmasına rəğmən, bizimlə eyni səviyyədə olan komandalar yığmamızla oynamaq istəmirlər. 

Çünki hansısa ölkə bizim millimizlə oynamağa vaxt itkisi kimi baxır və ya bunun üçün zaman ayırmağa müsbət yanaşmır. Biz də məcbur qalıb cibimizdən pul ödəyərək okeanın o tərəfindən Haitini və ya kimsəsiz qalan Belarus kimi yığmaları xüsusi təyyarə ilə Azərbaycana gətiririk. Onları bura gətiririk, yerləşdiririk, yedirdirik, içirdirik, amma həmin yığmalar qonaq olduqlarına baxmayaraq, bizi meydanda biabır edərək ölkələrinə qayıdırlar”. 

Elçin Cəfərov diqqətə çatdırıb ki, əvvəlcə millimizin məqsədlərini və hədəflərini müəyyənləşdirmək lazımdır: 

“Əks təqdirdə, yenə də cibimizdən pul ödəyərək dünyanın ucqar ölkələrindən olan yığmaları bizimlə yoldaşlıq görüşü keçirməyə dəvət edəcəyik. Etiraf etməliyik ki, zəif ölkələr belə yığmamızla yoldaşlıq görüşü keçirməyə ehtiyac görmürlər. Əgər millimizin səviyyəsi bir az üstün olsaydı, sınaq üçün oynaya bilərdilər. İndiki halda isə bizimlə oynamaq istəmirlər”. 

Mütəxəssis vurğulayıb ki, klub komandalarımız da yoldaşlıq görüşləri üçün rəqib tapmaqda çətinlik çəkirlər:
“Əslində, klub komandalarımızdakı vəziyyət milliyə nisbətən yaxşıdır. Adətən Antalyaya üz tuturlar. Bu da əbəs yerə deyil. Çünki Antalyada əlverişli hava şəraiti olduğuna görə başqa komandalar da ora gələrək təlim-məşq toplanışı keçirirlər. Bu da ora gedən klublarımızın yoldaşlıq görüşü keçirmək üçün rəqib tapmalarını asanlaşdırır. Əks təqdirdə isə klublarımız yoldaşlıq görüşü keçirmək üçün komanda tapmaqda çətinlik çəkirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Azərbaycan Futbol Elçin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri