Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

“GHGSat” şirkətinin vitse prezidenti: SOCAR la əməkdaşlığımız peyk monitorinqinin potensialının parlaq nümunəsidir MÜSAHİBƏ

“GHGSat” şirkətinin vitse prezidenti: SOCAR la əməkdaşlığımız peyk monitorinqinin potensialının parlaq nümunəsidir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan energetika sahəsinin dayanıqlı inkişafı üçün yeni imkanların astanasındadır. İqlim dəyişikliyi ilə qlobal mübarizə və ekoloji məsuliyyət üzrə tələblərin sərtləşdiyi bir dövrdə istixana qazı tullantılarının monitorinqi üzrə müasir texnologiyaların tətbiqi ölkənin dünya bazarında rəqabət qabiliyyətini artırmaq və səmərəliliyi yüksəltmək baxımından mühüm alətə çevrilir.

Bu kontekstdə peyk texnologiyaları metan sızmalarının dəqiq müəyyənləşdirilməsindən və onların operativ aradan qaldırılmasından tutmuş beynəlxalq ekoloji standartlara əməl olunmasının təsdiqlənməsinə qədər Azərbaycanın qarşısında unikal perspektivlər açır. İstixana qazlarının, xüsusilə də metanın peyk vasitəsilə monitorinqi üzrə ixtisaslaşmış “GHGSat Inc.” şirkətinin neft-qaz istiqaməti üzrə vitse-prezidenti Rayan Mettson AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, peyk monitorinqi Azərbaycana yalnız neft-qaz sektorunun ekoloji izini azaltmağa deyil, həm də iqtisadi səmərəliliyi artırmağa və ölkənin qlobal enerji bazarındakı mövqelərini möhkəmləndirməyə kömək edəcək.

– “GHGSat” metan tullantılarının peyk monitorinqində ixtisaslaşıb. Texnologiyalarınız neft-qaz sənayesinin ekoloji təsirlərini nəzarətdə saxlamaq və azaltmaqda Azərbaycana necə yardımçı ola bilər?

– “GHGSat” peykləri sənaye operatorlarının metan tullantılarını azaltmalarına dəstək göstərmək üçün xüsusi olaraq hazırlanıb. Peyk qrupumuz saatda 100 kq gücündə metan sızma mənbələrini konkret obyekt dəqiqliyi ilə, hətta ayrı-ayrı qurğular səviyyəsində müəyyən edə bilir. Hazırda istifadədə olan 14 peyk vasitəsilə obyektlər gündəlik müşahidə olunur. Bu isə unikal müşahidə tezliyidir və mütəmadi nəzarəti təmin edir ki, heç bir tullantı diqqətdən kənarda qalmasın. Bu məlumatlar sayəsində Azərbaycanın neft-qaz şirkətləri öz obyektlərindəki sızmaları tez bir zamanda aşkar edib aradan qaldıra bilirlər. Distant monitorinq texnologiyanı istehsalat mühitində asanlıqla tətbiq edilə bilən həllə çevirir.

– Azərbaycan regionun əsas neft hasilatçılarından biridir. Bu regionda metan tullantılarının monitorinqi üçün peyk məlumatlarının istifadəsində hansı əsas çağırışları və imkanları görürsünüz?

– Azərbaycanın metan tullantılarının monitorinqi üçün peyk məlumatlarından istifadə baxımından böyük potensialı var. Bakıda keçirilən İqlim Hərəkatı Həftəsi çərçivəsində SOCAR-la müzakirə olunan əməkdaşlığımız peyk monitorinqi imkanlarının parlaq nümunəsidir. 2024-cü ilin sonunda “GHGSat” SOCAR-a müntəzəm monitorinq dəstəyi göstərdi ki, bu da şirkətə müəyyən edilmiş tullantıların tamamilə aradan qaldırılmasına imkan verdi.

Əsas çətinlik peyk məlumatlarının operatorların iş proseslərinə inteqrasiyasıdır. Bu məlumatlar tullantıların idarə edilməsindən tutmuş, infrastrukturun vəziyyətinin qiymətləndirilməsinə qədər bir çox sahədə tətbiq oluna bilər. Lakin operatorlar üçün bu, yeni və qeyri-adi alət ola bilər. Bununla belə, bu problem həll ediləndir, belə ki, “Oil & Gas Climate Initiative və Oil & Gas Decarbonization Charter” kimi bilik mübadiləsi və peşə hazırlığı təşəbbüsləri peyk məlumatlarının səmərəli istifadəsində böyük irəliləyişlərə nail olub.

– Beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi Azərbaycanda və bütün Cənubi Qafqazda istixana qazı tullantılarının daha şəffaf və səmərəli idarə olunmasına necə kömək edə bilər?

– Məlumatlar tullantıların idarə edilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında irəliləyişi ölçmək üçün güclü vasitədir və ənənəvi tullantı faktorlarından fərqli olaraq, mövcud vəziyyətin real mənzərəsini göstərir. Onlar problemli sahələri də, müsbət dəyişikliklərin müşahidə olunduğu istiqamətləri də aydın şəkildə ortaya qoyur. Məlumatlarla dəstəklənən regional təcrübə mübadiləsi bölgədə zəncirvari dəyişikliklərə səbəb ola bilər. Bu, xüsusən də Cənubi Qafqaz üçün aktualdır. Çünki region ölkələrinin iqtisadiyyatlarında neft-qaz sənayesinin əhəmiyyəti böyükdür.

– Azərbaycanda dövlət və özəl şirkətlər ekoloji standartların, həmçinin ekoloji, sosial və korporativ idarəetmə (ESG) təcrübələrinin tətbiqini fəal şəkildə artırırlar. Peyk monitorinqi bu standartlara əməl olunmasını təsdiqləmək üçün necə vasitə ola bilər?

– Peyk monitorinqi şirkətləri standartlara əməl olunduğunu təsdiqləməkdə dəstəkləyən mühüm vasitədir. Bu zaman bütün maraqlı tərəflərin etibar edə biləcəyi müstəqil və dəqiq məlumat mənbəyi təmin olunur.

Operatorlar peyk məlumatlarını normativ hesabatlara, dayanıqlı inkişaf hesabatlarına və ESG açıqlamalarına daxil edərək ekoloji tələblərə əməl olunduğunu göstərə bilərlər. Bundan əlavə, peyk monitorinqi sızma və ya anomaliyaları vaxtında aşkarlamağa imkan verir ki, bu da operativ tədbirlərin görülməsi və atmosferə böyük həcmdə metan tullantılarının qarşısının alınması deməkdir.

– Azərbaycanın neft-qaz şirkətləri peyk monitorinqini tətbiq etməklə hansı iqtisadi üstünlüklər əldə edə bilərlər?

– Peyk monitorinqinin iqtisadi üstünlükləri əsasən üç istiqamətdə özünü göstərir. Birincisi, metanın boru kəmərlərində saxlanılması, atmosferə buraxılmaması operatorlar üçün məhsul çıxışını artırır və məhsul itkisi ilə bağlı maliyyə zərərlərini azaldır. İkincisi, peyk monitorinqi və dəqiq tullantı məlumatları Azərbaycan operatorlarına sərt tənzimləmə tələbləri olan ölkələrə, məsələn Avropaya məhsul ixrac etməyə imkan verir ki, bu da yeni bazarlar açır. Üçüncüsü, peyk monitorinqi obyektlərin vəziyyəti barədə erkən xəbərdarlıq sistemi rolunu oynayaraq infrastruktur zədələnmələri ilə bağlı vaxtında siqnal verir və texniki xidmətin planlaşdırılmasını optimallaşdırır. Bu üç amil hesabına əməliyyatın səmərəliliyinin yüksəlməsi neft-qaz şirkətlərini dünya bazarında daha rəqabətədavamlı edir.

– Qlobal istixana qazı tullantıları ilə bağlı normativ aktlardakı dəyişikliklər Azərbaycanın neft-qaz sektoruna hansı tələbləri diktə edir və burada innovativ texnologiyalar hansı rolu oynayır?

– Dünyada tullantıların intensivliyi üzrə tələblərin sərtləşməsi meyli müşahidə olunur və bu, tullantıların idarə olunmasına yeni yanaşmaları stimullaşdırır. Bunun bariz nümunəsi yeni Avropa Metan Qaydalarıdır. Bu dəyişikliklərlə yanaşı, “GHGSat” peykləri kimi texnologiyalar da fəal şəkildə inkişaf edir. Onlar operatorlara çox vaxt əlavə xərclərsiz, bəzən isə iqtisadi fayda gətirərək tullantıları aşkar etmək və azaltmaq imkanı verir. Beləliklə, tullantılara daha sərt nəzarətə qlobal keçidə baxmayaraq, operatorlar daha effektiv fəaliyyət göstərmək və yeni tələblərə uyğunlaşmaq üçün daha yaxşı imkanlar əldə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17154

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1031

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see171

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see148

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see145

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri