Icma.az
close
up
RU
“Gilar” qızıl yatağı tam işə düşdü

“Gilar” qızıl yatağı tam işə düşdü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti mayın 19-da Daşkəsən rayonunda yerləşən “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başladığını elan edib.

Bu barədə məlumat yayan Böyük Britaniya şirkətindən bildirilib ki, hazırda hasilat sözügedən yatağın “4-cü zona” adlandırılan ərazidə aparılır. Əvvəlcə filiz dore ərintisi şəklində qızılın çıxarılması üçün qələvi üsulu ilə, sonra isə mis konsentratı əldə etmək üçün flotasiya metodu ilə emal ediləcək. “Anglo Asian Mining” yatağın tammiqyaslı işlənməsi çərçivəsində gündəlik, təxminən, 2 min ton filiz çıxarmağı planlaşdırır. Bütövlükdə isə, şirkətin orta səviyyəli mis istehsalına keçidi kontekstində mühüm aktivi sayılan “Gilar” yatağında istehsal prosesinin tədricən artırılmasından sonra hasilat ayda 50–60 min ton filizə çatdırılacaq.

“Anglo Asian Mining”in baş direktoru Reza Veziri deyib: “Gilar”da tam miqyaslı hasilatın başlanması barədə məlumat verməkdən məmnunuq. 54 min tondan çox mis və 255 min unsiya qızıl ehtiyatları ilə “Gilar” orta səviyyəli mis istehsalına keçid strategiyamızda mühüm rol oynayacaq”.

Yeri gəlmişkən, “Gilar” yatağında ilk filiz hasilatına bu ilin mart ayında başlanıb. Hazırda istismarda olan “4-cü zona”da filiz ehtiyatları 2,4 milyon ton həcmində qiymətləndirilir. Filizdə misin miqdarı 1,47 faiz, qızılın miqdarı isə 1,78 q/t təşkil edir. Ümumilikdə isə, 2025-ci ildə Böyük Britaniya şirkəti yataqdan, təxminən, 400 min ton filiz hasil etməyi nəzərdə tutur.

Xatırladaq ki, “Gilar” yatağı şirkətin emal obyektlərindən, təxminən, 7 kilometr məsafədə, Gədəbəy müqavilə sahəsinin şimal sərhədi yaxınlığında yerləşir. Ərazidə aparılan uğurlu qazma nəticələrinin ardınca 2022-ci ilin sonlarında “Gilar” yeraltı mədəninin inkişafına başlanılıb. Yatağın JORC standartı üzrə ümumi mineral ehtiyatları 54 min ton mis və 255 min unsiya qızıl təşkil edir.

Mədən tikintisi tamamlanan iki yeraltı tuneldən ibarətdir. Uzunluğu 1,462 metr olan əsas kəşfiyyat tuneli gələcək hasilat üçün istifadə olunacaq. Paralel havalandırma tuneli isə mədəni dəstəkləyir. Əsas tunel mart ayının əvvəlində mineral zonasına qədər uzadılıb. Hazırda çoxsəviyyəli hasilat üçün spiral rampaların çəkilməsi də daxil olmaqla əlavə tunel işləri davam edir

Strateji inkişaf planına əsasən, “Anglo Asian Mining” şirkəti 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat, təqribən, 50–55 min ton həcmində proqnozlaşdırılır. Britaniya şirkəti bu artıma 2025–2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında 4 yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.

Hazırda isə “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanmış hasilatın pay bölgüsü tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 faiz, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 faiz təşkil edir. Ümumilikdə isə, şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see358

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see325

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see320

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see305

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see296

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see286

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see269

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see259

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see257

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see254

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see248

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see243

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see242

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see242

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see233

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see230

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see228

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see200

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see196

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri