Ginnesin yeni rekordçusu: Saatda 100 km sürətlə 22 mərtəbəlik tramplin endi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Braziliyalı skeytbordinq üzrə altıqat dünya çempionu Sandro Dias 22 mərtəbəlik tramplindən sürüşərək iki dünya rekorduna imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Red Bull" şirkətinin Mətbuat Xidməti məlumat yayıb.
Əfsanəvi idmançı Braziliyada yerləşən 75 metr hündürlüyündəki "Centro Administrativo Fernando Ferrari" binasının kənarı boyunca quraşdırılmış tramplindən eniş edib. Sürüşmə zamanı Dias 100 km/saatdan artıq sürət yığıb. Təhlükəsizliyi təmin etmək üçün xüsusi qoruyucu tədbirlər görülüb.
Bu nailiyyətlərin "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcəyi bildirilib.
Qeyd edək ki, 50 yaşlı Sandro Dias, həmçinin nüfuzlu "X Games" yarışlarının üçqat qızıl medalçısı və dəfələrlə mükafatçısıdır.
Ginnesin yeni rekordçusu: Saatda 100 km sürətlə 22 mərtəbəlik tramplin endi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















