Gizli hazırlıq: 8 min əsgər yerləşdiriləcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ televiziya kanalı "Newsmax"-ın adı açıqlanmayan dörd məmura istinadən verdiyi məlumata görə, ABŞ bölgəyə hərbi yerləşdirilməsi sürətləndirir.
"Cebheinfo.az" xəbər verir ki, rəsmilərin iddiasına görə, Boxer Amfibiya Hazırlıq Tapşırıq Qrupu və 11-ci Dəniz Ekspedisiya Bölməsi planlaşdırılandan daha tez hərəkət edib və bu bölmələrin Hind-Sakit Okeandan Yaxın Şərqə doğru yola düşməsi gözlənilir.
Rəsmilər bildiriblər ki, Boxer Amfibiya Hazırlıq Tapşırıq Qrupu artıq Yaxın Şərqə doğru yola düşdüyü iddia edilən "USS Tripoli" gəmisinə qoşulacaq.
Altı amfibiya gəmisinin bölgəyə təxminən 8000 hərbi personal, o cümlədən 4000-5000 dəniz piyadası göndərəcəyi iddia edilir. Qeyd edək ki, "Wall Street Journal"-nın (WSJ) əvvəllər verdiyi xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqə 5000 dəniz piyadası və dənizçidən ibarət amfibiya hazırlıq qrupu göndərəcəyi bildirilirdi.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 Mart 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















