Icma.az
close
up
RU
Qara dənizdə yeni neft sızması Çirklənmə həftələrlə gizlədilib?

Qara dənizdə yeni neft sızması Çirklənmə həftələrlə gizlədilib?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna dronlarının Liberiya bayrağı altında üzən tankerə hücumundan sonra Qara dənizdə yeni neft ləkəsi yaranıb. Rusiyanın Krasnodar diyarının hakimiyyət orqanları bir həftədən çox müddət ərzində yerli sakinləri dənizdə çirklənmənin olmadığına inandırmağa çalışıblar. Lakin Novorossiysk yaxınlığında sahilə neft məhsulları çıxmağa başlayandan sonra çirklənmə faktını etiraf etməyə məcbur olublar. Buna baxmayaraq, rəsmilər ərazinin tam təmizləndiyini açıqlasalar da, könüllülər sahillərdə mazutla çirklənmiş daşları və digər tullantıları toplamağa davam edirlər.

“AzPolitika” xəbər verir ki, “Kavkaz.Realii” nəşri Qara dəniz sahillərində yaranmış ekoloji vəziyyəti və rəsmilərin problemin miqyasını kiçiltməsinin səbəblərini ekoloqlar və digər mütəxəssislərlə müzakirə edib.

“Aframaks Rio” tankeri oktyabrın 6-da axşam saatlarında Soçi sahillərində hücuma məruz qalıb və yanmağa başlayıb. Rusiya tərəfi hadisənin Ukraynaya məxsus pilotsuz katerlərin hücumu nəticəsində baş verdiyini bildirib. Kiyev isə baş verənləri Rusiyanın hücumlarına “ədalətli cavab” adlandırıb.

Liberiya bayrağı altında üzən tanker 2026-cı ilin fevralında Ukraynanın sanksiya siyahısına daxil edilib. “The Insider” nəşrinin məlumatına görə, gəmi Rusiyadan xammal daşıyan “kölgə donanması”nın bir hissəsi olub. Tanker əsasən Novorossiysk, Ust-Luqa və Taman limanlarından Hindistan, Sinqapur və Səudiyyə Ərəbistanına neft və neft məhsulları daşıyıb.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə zamanı tankerdə Hindistan vətəndaşları olan 23 ekipaj üzvü olub. Onların hamısı təxliyə edilib, xəsarət alan olmayıb. Lakin güclü alov səbəbindən açıq dənizdə yanğını dərhal söndürmək mümkün olmayıb. Dağılan neft məhsulları gecə boyu yanıb.

Ərazidə çimərliklər bağlanıb, yerli sakinlərə pəncərələri açmamaq və uzun müddət açıq havada qalmamaq tövsiyə edilib. Daha sonra rəsmilər havadakı zərərli maddələrin konsentrasiyasının normadan artıq olmadığını bildiriblər.

“Aframaks Rio” tankerinin neft məhsulları daşıma tutumu 100 tondan çox olduğu qeyd edilir. Lakin hadisə zamanı gəmidə nə qədər yük olduğu və dənizə nə qədər yanacağın sızdığı məlum deyil.

Rusiya Təbiətdən İstifadəyə Nəzarət üzrə Federal Xidməti və Nəqliyyat Nazirliyi dənizin çirklənmədiyini iddia edib. Prezidentin mətbuat katibi Dmitri Peskov isə yanacağın yandığını və nəticələrin aradan qaldırılması ilə bağlı vəziyyətin yaxşı olduğunu bildirib.

Ancaq peyk görüntüləri fərqli mənzərə ortaya qoyub. “Greenpeace” təşkilatının araşdırdığı görüntülərdə dəniz səthində təxminən 8 kvadratkilometr sahəni əhatə edən neft təbəqəsi qeydə alınıb. Ertəsi gün çirklənmə sahəsi 25 kvadratkilometrə çatıb, oktyabrın 9-da isə neft ləkələrinin ümumi sahəsi təxminən 21 kvadratkilometr olub.

“Şəffaf dünya” layihəsinin mütəxəssisləri də çirklənməni təsdiqləyiblər. Onlar oktyabrın 10-da çəkilmiş radar görüntülərində Arxipo-Osipovka ilə Novorossiysk arasında geniş neft sızması aşkar ediblər. Oktyabrın 12-nə aid görüntülər isə çirklənmənin ayrı-ayrı hissələrə bölünərək Anapa istiqamətində sahil boyunca yayıldığını göstərib.

Bunun ardınca yerli könüllülər sahildə neft məhsulları ilə çirklənmiş quşlar tapmağa başlayıblar.

Krasnodar diyarının operativ qərargahı neft sızması və çirklənmiş quşların aşkarlanması barədə məlumatları oktyabrın 13-də də təkzib edib. Lakin həmin gün axşam Novorossiysk və Gelencik şəhərlərində yüksək hazırlıq rejimi elan olunub.

Rəsmilər bunu zədələnmiş tankerdə aparılan işlərlə əlaqəli ehtiyat tədbiri kimi təqdim ediblər. Bu rejim dənizin vəziyyətinə fasiləsiz nəzarət etməyə və zərurət yarandıqda xilasediciləri operativ şəkildə cəlb etməyə imkan verir.

Oktyabrın 14-də isə Krasnodar diyarının hakimiyyət orqanları dənizin çirkləndiyini rəsmən etiraf ediblər. Novorossiysk sahillərində neft məhsullarının üzə çıxdığı təsdiqlənsə də, rəsmilər çirklənməni “əhəmiyyətsiz” adlandırıb və bunun “Aframaks Rio” tankeri ilə əlaqəsi olmadığını bildiriblər. Bununla belə, sahilə çıxan neftin haradan gəldiyi barədə izahat verilməyib.

Novorossiyskdə 300 metrlik sahil zolağının təmizlənməsinə 50-dən çox insan cəlb olunub. Şəhər administrasiyası cəmi iki gün sonra işlərin başa çatdığını açıqlayıb.

Lakin şəhərdən təxminən 20 kilometr aralıda yerləşən Abrau-Dürso ərazisində yerli könüllülər çimərlikləri təmizləməyə davam ediblər. “Jizn Abrau” teleqram kanalının məlumatına görə, onlar mazutla çirklənmiş daşları toplayıblar, amma çirklənməni tam aradan qaldırmaq mümkün olmayıb. Neft məhsulları sahilə çıxmaqda davam edir.

Fırtınalar da vəziyyəti çətinləşdirir. Novorossiyskdən 8 kilometr aralıda yerləşən Mısxako sahilində mazutla dolu kisələr aşkarlanıb. Ehtimal olunur ki, bu kisələr 2024-cü ilin dekabrında Kerç boğazında “Volqoneft” tankerlərinin qəzaya uğramasından sonra yığılıb.

“Ekosaşitə!” ekoloji qrupunun həmsədri Vladimir Slivyak “Kavkaz.Realii”yə açıqlamasında bildirib ki, “Aframaks Rio”ya hücumdan dərhal sonra neft məhsullarının dənizə sızdığı aydın idi.

Onun sözlərinə görə, çirklənmənin sonradan sahilə çıxacağı da gözlənilən idi. Lakin dənizə nə qədər neft məhsulunun axdığı məlum olmadığından qəzanın miqyasını dəqiq qiymətləndirmək çətinləşib.

Slivyak bildirib ki, oktyabrın 12-nə olan vəziyyətə görə, Novorossiyskdən Anapa çimərliklərinə qədər uzanan ərazidə dənizin səthində neft təbəqəsinin izləri görünürdü. Çirklənmə izlərinin uzunluğu 20 kilometrə qədər çatırdı, onların sahildən məsafəsi isə bir neçə yüz metrdən 30 kilometrədək dəyişirdi.

Ekoloq vurğulayıb ki, belə çirklənmə dəniz ekosisteminə ciddi zərər vurur. Balıqlar, molyusklar, delfinlər və sahilyanı ekosistemlərin digər canlıları, xüsusilə quşlar təhlükə altında qalır.

Rasim Əliyev

“AzPoltika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri