Global Media Group un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib.
"Global Media Group"un tərkibində fəaliyyət göstərən "Baku TV" xəbər kanalı, "Oxu.az" xəbər saytı, "Report" İnformasiya Agentliyi və "Global Management" autsorsinq şirkətində beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi uğurla yekunlaşıb.
10–16 dekabr tarixlərini əhatə edən audit prosesi "TÜV Austria Azərbaycan" MMC-nin baş auditoru Zaur Fərzəliyevin rəhbərliyi ilə həyata keçirilib və bu çərçivədə təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 – Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə mexanizmlər beynəlxalq tələblərə uyğun şəkildə qiymətləndirilib.
Keçirilən audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən sistemə dair liderlik və öhdəliyinin nümayiş etdirilməsi, düzgün resurslarla təmin edilməsi və təşkilatın strateji istiqamətinə uyğun qərarların verilməsi sübut edilib.
Qeyd edək ki, "Global Media Group"un tərkibində fəaliyyət göstərən "Baku TV", "Oxu.az", "Report" İnformasiya Agentliyi və "Global Management" şirkətləri 2022-ci ildən etibarən sözügedən beynəlxalq ISO standartları üzrə sertifikatlara malikdir.
Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. "Global Media Group"a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.
"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















