Göbəyə basarkən ağrıyırsa? SƏBƏB
Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əgər göbəyin üstünə özünüz və ya həkim palpasiya edərkən, basarkən ağrı hiss edirsinizsə, bu, ciddi bir problemin əlaməti ola bilər.
“Medicina” xəbər verir ki, onkoloq və proktoloq Yelena Smirnova hansı problemlə qarşılaşdığını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, bu cür ağrı nazik bağırsaqda divertikulların və ya ciblərin əmələ gəlməsini göstərə bilər.
Qida mədə-bağırsaq traktından keçdikcə bu ciblərə daxil olur və orada çürüməyə başlayır. Nəticədə, göbəyə basarkən xarakterik ağrı hiss edirik.
Bu kimi fəsadlar qanaxmaya, tıxanmaya və hətta şişlərə səbəb ola bilər.
Smirnova izah etdi ki, ağır hallarda yalnız cərrahiyyə kömək edə bilər. Cib çıxarılır və zədələnmiş bağırsaq tikilir. Lakin, vəziyyət iltihabla mürəkkəbləşməsə belə, xəstə histoloji müayinəyə göndərilməlidir.
Aygün Musayeva
Baxış sayı:109
Bu xəbər 18 Dekabr 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















