Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Gold Residense”dən narazılıq var…. Heç bir tədbir görülmür….

“Gold Residense”dən narazılıq var…. Heç bir tədbir görülmür….

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın sakinləri «Gold Residense» MMC-nin qanunsuz fəaliyyəti nəticəsində neçə müddətdir ki, mühasirədə qaldıqlarını bildirirlər. Sakinlər bu problemin həlli üçün Azərbaycan Respublikasının Baş nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Bakı şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin başçılarına müraciət ediblər.

Reyting.az vasitəsilə müraciət ünvanlayan sakinlərin iddiasına görə, Nərimanov rayonu ərazisində qanunsuz fəaliyyət göstərən «Gold Residense» MMC yaşadıqları binanın ərazisini 6 aydan artıqdır qanunsuz zəbt edib, binanın ərazisini hasara alıb, bina sakinlərini mühasirədə saxlayaraq giriş-çıxışa qanunsuz məhdudiyyət qoyub. Bina sakinləri yazırlar ki, bu problemlə bağlı aidiyyəti dövlət orqanlarına ünvanladıqları şikayət ərizələri ilə “ötür-ötür oyunu” oynayırlar, müraciətlərinə cavab vermirlər, sakinləri süründürməçiliyə məruz qoyaraq problemlərini həll etmirlər.

Sakinlər dövlət orqanlarına ünvanladıqları müraciətdə yazırlar ki, «Gold Residense» MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamından sui-istifadə edərək ona 49 il müddətinə ili cəmisi 36386,06 manata icarəyə verilmiş 1,178 ha ərazidən artıq ərazini 2024-cü ilin iyul-avqust aylarında qanunsuz olaraq hasara alıb. Həmin hasarlama işləri aparılarkən, «Gold Residense» MMC müvafiq yerquruluşu planında göstərilmiş koordinatlardan kənara çıxaraq ona icarəyə verilmiş ərazidən daha artıq ərazini zəbt edib:

“Bakı Şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli Sərəncamında göstərilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2023-cü il tarixli yerquruluşu planından gördüyünüz kimi, Fətəli Xan Xoyski prospekti, 128 nömrəli binadan həmin prospektdə yerləşən «Gloriya» gül dükanınadək olan ərazi, həmçinin Aşıq Molla Cümə küçəsi, 28 nömrəli 9 mərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə tərəf baxın hissəsi MMC-yə icarəyə verilmiş əraziyə daxil deyildir. Lakin, MMC həmin ərazini qanunsuz olaraq hasara alıb. Bununla da yaşadığımız bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışı qanunsuz olaraq bağlanıb. Nəticədə 4 blokdan ibarət 90 mənzilli binanın 500 nəfərə yaxın sakinin binadan dar yolla bir istiqamətdə çıxışı qalıb”.

Sakinlər yazırlar ki, binanın həyəti də qanunsuz olaraq hasara alındığı üçün bina ilə hasar arasında 3 metr məsafə qalıb, burada da sakinlərə məxsus avtomaşınlar dayandığına görə zərurət yarandıqda əraziyə təcili tibbi yardım və fövqaladə hallar üçün nəzərdə tutulmuş digər nəqliyyat vasitələri daxil ola bilmir:

“Bina sakinləri sanki konsentrasiya düşərgəsində yaşayırlar. Bundan başqa, «Gold Residense» MMC-nin işçiləri binanın 4-cü blokunun üstünü qanunsuz olaraq söküb, həmin söküntü işlərini apararkən blokun dəmir qapısını və elektron qurğusunu yararsız hala salıb, blokun bir neçə mərtəbəsinin şüşələrini qırıb, binaya gələn işıq, qaz və kanalizasiya xəttini zədələyib. Binanın həyətində isə sakinlərə məxsus qarajları qanunsuz olaraq söküb, qarajlarda saxlanılan əmlaklarını mənimsəyiblər. Üstəlik, ərazidə əkilmiş 50-yə yaxın ağacı qanunsuz olaraq kəsiblər.

Qanunsuz hasarlama işləri aparılarkən Nərimanov Rayon İcra Hakimiyyətinin Eldəniz, Nadir, Vüsal və digər adlı işçiləri bildiriblər ki, guya yerquruluşu planında göstərilmiş ərazidən artıq ərazi Bakı şəhərində keçirilən COP29 tədbirinə görə hasarlanıb. Dedilər ki, bu ondan ötrü edilir ki, şəhərimizə gələn qonaqlar söküntü işlərini görməsinlər. Lakin COP29 tədbiri artıq 2 aydır ki, başa çatsa da, söküntü ərazisində olan 2 yararsız yataqxana binası sökülüb, amma qanunsuz çəkilmiş hasar yerində qalıb. 6 aydan artaqdır ki, binanın sakinləri zülüm çəkir, yaşlı insanlar, azyaşlı uşaqlar uzun məsafə qət etməlidilər ki, Fətəli Xan Xoyski prospektinə çıxaraq şəhər nəqliyyatından istifadə edə bilsinlər və ya hansısa ünvana piyada hərəkətlərini davam etsinlər”.

Sakinlər bildirirlər ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, «Gold Residense» MMC-nin ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ilə icarəyə verilmiş ərazidə yol verdiyi qanunsuzluqlara son qoyulsun: “İstəyirik ki, Aşıq Molla Cümə küçəsi, 28 nömrəli 9 mərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə çıxışı təcili olaraq açılsın, həmin yerə və «Gloriya» gül dükanınadək qanunsuz çəkilmiş hasar sökülsün, həmçinin binanın yararsız hala saldıqları 4-cü blokunun dəmir qapısının və onun elektron sisteminin, blokun pencərələrinin, zədələdikləri kanalizasiya xətdinin bərpa edilməsinə dair müvafiq göstəriş verilsin”.

Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Yanvar 2025 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri