Icma.az
close
up
RU
Goldman Sachs qızıl qiyməti proqnozunu artırdı: Yeni rekord gəlir

Goldman Sachs qızıl qiyməti proqnozunu artırdı: Yeni rekord gəlir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Qızıl qiymətlərindəki tarixi yüksəliş davam edərkən, beynəlxalq investisiya bankı "Goldman Sachs” yeni qiymət proqnozunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bank xüsusilə birja investisiya fondlarına (ETF) yönələn güclü vəsait axını və mərkəzi bankların artan qızıl alışları səbəbindən, 2026-cı ilin dekabr ayı üçün qızılın uns qiyməti üzrə proqnozunu 4.300 dollardan 4.900 dollara qaldırıb.

Bu qərar, qlobal bazarlarda təhlükəsiz investisiya axtarışlarının gücləndiyi bir dövrə təsadüf edir.

Unsiya qızıl bütün zamanların zirvəsində

Həftənin ilk ticarət günündə qızılın uns qiyməti 3.977,40 ABŞ dollarına çataraq yeni tarixi rekord müəyyənləşdirib. İl başlanğından bəri unsiya qızılın dəyəri 51,4 faiz artıb və bu, qiymətli metala investorlar üçün ən gəlirli "təhlükəsiz liman” statusunu qazandırıb.

Bazarlarda gözləntilər bu yüksəlişi dəstəkləyən əsas amillərin qarşıdakı dövrdə də qiymətləri formalaşdırmağa davam edəcəyi istiqamətindədir.

FED-in faiz endirimi gözləntisi qızıla dəstək verir

"Goldman Sachs” hesabatında qeyd olunur ki, ABŞ Mərkəzi Bankının (FED) 2026-cı ilin ortalarına qədər 100 baza bəndi həcmində faiz endirimi həyata keçirməsi gözlənilir. Bu addımın, xüsusilə Qərb investorlarının qızıl əsaslı ETF-lərə marağını artıracağı və tələbi daha da gücləndirəcəyi proqnozlaşdırılır.

Faiz endirimi dövrü, istiqraz gəlirlərini aşağı salaraq alternativ sərmayə vasitəsi kimi qızıla marağı artırır.

Mərkəzi bankların alış iştahı davam edir

Hesabatda həmçinin vurğulanır ki, mərkəzi bankların qızıl alışları qarşıdakı iki il ərzində də yüksək səviyyədə qalacaq. Proqnozlara görə, 2025-ci ildə təxminən 80 ton, 2026-cı ildə isə 70 ton həcmində qızıl alışı həyata keçiriləcək. Bu meyl qızıl qiymətlərini dəstəkləyən əsas struktur amillərdən biri kimi ön plana çıxır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri