Icma.az
close
up
RU
Gömrük Komitəsi qalmaqallı şirkətlə 489 minlik müqavilə bağladı

Gömrük Komitəsi qalmaqallı şirkətlə 489 minlik müqavilə bağladı

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi yeni tenderinin nəticələrini elan edib. Tribunainfo.az xəbər verir ki, birlik bu tenderlə qazanxana və istilik sistemlərini sahmana salmaq fikrindədir.

Belə ki, həmin sistemlərə aid malların satınalması üçün “Euroclima” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 488.965,1 manat təşkil edir.

Tribunainfo.az “Euroclima” MMC ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxarıb. Belə ki, açıq mənbələrdə DGK-nın hələ bir ilə əvvəl bu şirkəti büdcədən pul yayındırmaqda ittiham edib. Həmin məlumatda qeyd edilir ki, Bakı Baş Gömrük İdarəsi araşdırma zamanı müəyyən edib ki, “Euroclima” MMC malların dəyərindən dəfələrlə aşağı göstərib. İdarə qeyd edib ki, sözügedən şirkət təkcə 2023-cü ildə malın invoys dəyərini 94665.59 avro göstərsə də, əslində həmin məhsulun qiyməti 124665.59 avro olub.

Bundan başqa, “Euroclima” MMC ötən il ölkədən valyuta çıxarmağa görə də cərimələnib. Açıq mənbələrdə qeyd edilir ki, MMC-yə bununla əlaqədar iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

Apardığımız araşdırmalar zamanı o da məlum olub ki, “Euroclima” MMC ötən ildən etibarən “Qəbələ” İdman Klubunin spronsorlarından biridir. Bununla bağlı, ötən il “EUROCLİMA”-nın təsisçisi Aslan Abdullayev və “Qəbələ”nin prezidenti Fariz Nəcəfov sponsorluq müqaviləsi imzalayıblar.

Qeyd edək ki, şirkət hal hazırda Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 229 ünvanında fəaliyyət göstərir. Şirkətin nə zaman yaradıldığı barədə açıq mənbələrdə məlumat yoxdur. Lakin “Euroclima”nın çoxsaylı brend məhsullar satdığı elə rəsmi saytından da aydın görünür. Şirkətin təsisçisi isə Hacı Aslan Abdullayevdir. Bu şəxs haqqında da açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see200

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see190

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see132

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see115

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see112

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri