Icma.az
close
up
RU
Menu

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Gömrük Komitəsindən həmin iddialara Cavab

Gömrük Komitəsindən həmin iddialara Cavab

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsi İran vətəndaşının Azərbaycandan Gürcüstana 200 kiloqram heroin keçirməsi ilə bağlı “Hürriyyət” informasiya agentliyində və həmin qurumun sosial media səhifələrində yayılan iddialara cavab verib.

“Qafqazinfo” komitənin Mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada 29 və 30 sentyabr tarixlərində həyata keçirilən yayımlarda Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin ünvanına hər hansı fakta söykənməyən, yalan və böhtan xarakterli iddialara əsaslanan məlumatların yayımlandığı bildirilib.

“Yayımlanan məlumatlarda gömrük orqanlarının qaçaqmalçılıq hallarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətinə “Səriştəsizliq, etinasızlıq, yoxsa göz yummaq?!” ifadələrindən istifadə etməklə kölgə salmağa çalışılır. Eyni zamanda, əməliyyat-istintaq tədbirlərinin xüsusiyyətini bilmədən yarımçıq fikirlərlə gömrük orqanları tərəfindən aşkar edilən qanun pozuntuları, hüquqpozma faktları təhrif olunaraq öz istəklərinə uyğun formada ictimaiyyətə təqdim edilir və beləliklə, DGK-nın bu istiqamətdə fəaliyyəti ilə bağlı yanlış fikir formalaşdırmağa cəhd göstərilir.

Dövlət Gömrük Komitəsi ölkənin iqtisadi təhlükəsizliyinin, insanların sağlamlığının qorunması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində bütün zəruri addımları atır və bu barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır. Azərbaycan gömrük xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə fəaliyyəti beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib.

Təkcə 2025-ci ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən 26,7 mindən çox hüquqpozma faktı (400-dən çoxu cinayət xarakterli olmaqla) aşkarlanıb. 72 fakt üzrə bir tondan artıq müxtəlif tərkibli narkotik vasitə qanunsuz dövriyyədən götürülüb, gizli keçirilməsinə cəhd göstərilən külli miqdarda dərman vasitələri, aksizli mallar (spirtli içkilər və tütün məmulatları), valyuta və valyuta sərvətləri və digər mallar qanunsuz dövriyyədən götürülüb, bu hüquqpozmaları törədənlər, eləcə də korrupsiya, vəzifə cinayətləri və digər hüquqpozmalara yol vermiş şəxslər müvafiq məsuliyyətə cəlb edilib”, - məlumatda vurğulanıb.

Dövlət Gömrük Komitəsi bildirib ki, qarşı tərəfin mövqeyi öyrənilmədən, tamamilə yalan və böhtan xarakteri daşıyan həmin məlumatları dərc edən media qurumları mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıyır: “Media haqqında” Qanunun 14.1.7 maddəsinə görə, mediada yayımlanan məlumatlarda şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, eyni zamanda həmin qanunun 14.1.9  maddəsinə görə isə mediada böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir.

Həmin qanunun 14.1.11 maddəsinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Həmçinin qanunun 14.1.11-1 maddəsində saxta məlumatların dərc edilməsinin yolverilməz olduğu öz əksini tapıb.

Yayılan məlumatlar dövlət qurumunun və onun vəzifəli şəxslərinin fəaliyyətinə kölgə salmaq, qaralamaq xarakteri daşıyır və Dövlət Gömrük Komitəsi hüquqi müstəvidə bu hallara qarşı bütün zəruri addımları atacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see336

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see324

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see320

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see313

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see311

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see275

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see236

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see218

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see207

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see204

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see204

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see201

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see185

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see173

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see172

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see167

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see153

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see152

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri