Gömrük nəzarətində rəqəmsallaşma
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında rəqəmsal həllər və elektron ticarət müzakirə olunub.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 23-də Belarusun Brest şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 83-cü iclası baş tutub. Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Toplantıda əvvəlki iclasda qəbul olunmuş qərarların icra vəziyyəti gözlənilməklə yanaşı, gömrük nəzarətində müasir rəqəmsal texnologiyaların tətbiqi, perspektiv proqram vasitələri və inspeksiya-baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələr nəzərdən keçirilib. pizza
Bununla yanaşı, görüş çərçivəsində tərəflər aşağıdakı prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıb və gələcək fəaliyyət planlarını müəyyənləşdiriblər:
MDB-nin Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (XİF MN) uyğun təsnifat məsələləri;
Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün malların sərhəddən keçirilməsi qaydaları;
Transsərhəd elektron ticarətin tənzimlənməsi;
Gömrük işinin digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Sentyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















