Gömrük orqanları vurulan zərəri ödəməyə borclu olacaq
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi qaydalarında dəyişiklik ediləcək.
Banco.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, gömrük orqanları və onların vəzifəli şəxsləri qanunsuz hərəkətləri (hərəkətsizliyi), habelə normativ hüquqi aktlara uyğun olmayan qərarın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə zərər vurulduqda normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməlidirlər.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















