Icma.az
close
up
RU
Gömrükdə müsadirə edilən malların aqibəti necə olur?

Gömrükdə müsadirə edilən malların aqibəti necə olur?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaricdən gətirilən və gömrükdə bəyan edilmədiyi üçün müsadirə olunan malların sonrakı taleyi cəmiyyəti maraqlandıran mövzulardandır. 

Dövlət bu proseslə həm bazarda qanunsuz malların yayılmasının qarşısını alır, həm də vergilərin düzgün ödənməsini nəzarətdə saxlayır. Bəs, xaricdən gətirilən və gömrükdə bəyan edilmədiyi üçün müsadirə olunan malların sonrakı aqibəti necə müəyyən olunur? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, malların sonrakı aqibəti, dövlətin bu sahədə siyasəti və vətəndaşların hüquqlarının müdafiəsi Gömrük Məcəlləsində dəqiq normativ əsaslarla tənzimlənir: 

“Azərbaycan Respublikasının gömrük hüququnda xarici malların düzgün bəyan edilməməsi və ya qadağan olunmuş malların ölkəyə gətirilməsi ciddi hüquqi məsuliyyət doğurur. 

Bu hallarda malların sonrakı aqibəti, dövlətin bu sahədə siyasəti və vətəndaşların hüquqlarının müdafiəsi Gömrük Məcəlləsində dəqiq normativ əsaslarla tənzimlənir. Gömrük Məcəlləsinin 214.2-ci maddəsinə əsasən, qadağan olunmuş malların müsadirəsi nəzərdə tutulmayıbsa, həmin mallar dərhal gömrük ərazisindən çıxarılmalı və ya geri qaytarılmalıdır. Bu zaman məsuliyyət, yəni daşınma və qaytarma xərcləri, malları gömrük sərhədindən keçirən şəxsin üzərinə qoyulur. 

Müsadirə edilmiş və dövlət mülkiyyətinə keçirilmiş malların aqibəti isə məcəllənin 327–332-ci maddələrində ətraflı tənzimlənir. Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilən mallar, yaxud sahibinin könüllü şəkildə dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirilə bilər (maddə 327). 

Belə mallar əsasən açıq gömrük hərraclarında satışa çıxarılır və ilkin qiymət bazar dəyəri əsasında müəyyən olunur (maddə 328). Satışdan əldə edilən gəlirlər malların daşınması, saxlanması və digər xərclərin ödənilməsinə yönəldilir, çatışmazlıq olduqda isə məsul şəxslərdən tutulur (maddə 329). Dövriyyəsi qadağan edilən, tez xarab olan və ya saxlanc müddəti bitmiş mallar barəsində ayrıca qərarlar qəbul edilir. Bu mallar ya məhv edilir (maddə 331), ya da müvafiq qaydada dövriyyədən çıxarılır (maddə 330). 

Eyni zamanda, maddə 332- də isə Gömrük Məcəlləsi könüllü imtina institutunu da nəzərdə tutur, sahibkar mallardan dövlətin xeyrinə imtina edə bilər və bu halda heç bir gömrük rüsumu və vergi tutulmur”. 

Onun sözlərinə görə, müsadirə və dövlət mülkiyyətinə keçirilmə , gömrük rüsumlarının və vergilərin ödənilməsindən yayınma hallarının qarşısını alır: 

“Azərbaycanın gömrük siyasətinin bu sahədə əsas məqsədi üç istiqamətdə cəmlənir: fiskal maraqların qorunması, iqtisadi təhlükəsizliyin təmin olunması və ictimai maraqların müdafiəsi. Fiskal baxımdan, müsadirə və dövlət mülkiyyətinə keçirilmə dövlət büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, gömrük rüsumlarının və vergilərin ödənilməsindən yayınma hallarının qarşısını alır. 

İqtisadi təhlükəsizlik baxımından isə dövriyyəsi qadağan edilən malların ölkə bazarına daxil olması əngəllənir. İctimai təhlükəsizlik aspektində isə əsas hədəf insan sağlamlığına zərərli, saxta və ya keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılmasıdır. Gömrük Məcəlləsinin 328.4-cü maddəsində dövlət orqanlarının əməkdaşlarına və onların ailə üzvlərinə müsadirə olunmuş malları almağa qadağa qoyulması dövlət siyasətinin şəffaflıq və korrupsiya risklərinin qarşısının alınması üzərində qurulduğunu göstərir. 

Bu yanaşma inkişaf etmiş ölkələrin təcrübəsi ilə də üst-üstə düşür. Məsələn, Avropa İttifaqında ictimai təhlükəsizliyi təhdid edən malların məhv edilməsi, ABŞ-da isə müsadirə edilən malların ictimaiyyətə açıq hərraclarda satılması siyasətin əsas istiqamətləridir”. 

Hüquqşünas qeyd edib ki, vətəndaşların hüquqlarının müdafiəsi isə bu ardıcıllıqla həyata keçirilir: 

“Müsadirə və dövlət mülkiyyətinə keçirilmə prosedurlarında vətəndaşların hüquqları qanunla təmin olunur. Əvvəla, mallar yalnız məhkəmənin qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər (maddə 327), bu isə qanunilik və məhkəmə nəzarəti prinsiplərinin reallaşmasına xidmət edir. İkincisi, vətəndaşın inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ mövcuddur.

Üçüncüsü, müsadirə və satış prosedurları şəffaf qaydada aparılmalı, malların siyahısı və taleyi barədə ictimaiyyətə hesabatlılıq təmin edilməlidir. Bundan əlavə, könüllü imtina və məhv etmə prosedurlarının xüsusi qaydalarla aparılması vətəndaşların hüquqlarını qorumağa yönəlmişdir. 

Maddə-331 də qeyd olunur ki, məhvetmə yalnız gömrük nəzarəti altında və xüsusi qaydada həyata keçirilir, tullantıların zərərsizləşdirilməsi təmin olunur. Beynəlxalq müqayisədə, Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulamışdır ki, müsadirə tədbirləri yalnız qanunla müəyyən edilmiş hallarda və mütənasiblik prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. 

Azərbaycan qanunvericiliyində də bu yanaşma əksini tapır ki, müsadirə cəza kimi deyil, dövlətin və cəmiyyətin qanuni maraqlarını qoruma vasitəsi kimi tətbiq edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi müsadirə və dövlət mülkiyyətinə keçirilmə institutunu çoxşaxəli şəkildə tənzimləyir. Dövlətin siyasəti fiskal maraqları qorumaqla yanaşı, iqtisadi və ictimai təhlükəsizliyi də təmin etməyə yönəlib. 

Bu prosesdə vətəndaşların hüquqlarının qorunması məhkəmə nəzarəti, inzibati şikayət mexanizmləri və şəffaflıq prinsipləri ilə təmin olunur. ABŞ və Avropa təcrübəsi ilə müqayisədə, Azərbaycanın hüquqi mexanizmləri əsasən uyğun yanaşmalara əsaslanır, lakin elektron hərracların tətbiqi və ictimai hesabatlılıq səviyyəsinin artırılması gələcəkdə bu sahənin daha da təkmilləşdirilməsinə imkan verə bilər”. 

Gülər 
“Cebheinfo.az”

 

Açar sözlər: Gömrük müsadirəRoman Qaraşov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri