Icma.az
close
up
RU
Gömrükdə yoxlama Temu mallarının keyfiyyətinə təsir edir? AÇIQLAMA

Gömrükdə yoxlama Temu mallarının keyfiyyətinə təsir edir? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov "Temu" mallarının gecikməsi məsələsindən danışıb. 

"Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artıb. Bizə elektron məlumat verilmədən, birdən-birə çox sayda yük gətirilib hava linanına qoyuldu. Hava limanında gələn əmlakı yoxlamaq lazımdır. Ünvan sahibinin kim olduğunu bilmək lazımdır", - deyə o qeyd edib.

Bəs mallar hansı ölkədən gəlirsə, o, gömrükdə yoxlanmırmı?

Əgər mallar gəldiyi ölkədə yoxlanırsa, yenidən yoxlama onların keyfiyyət dərəcəsinə necə təsir edir?

Redaktor.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd etdi ki, mallar adətən göndərildiyi ölkənin gömrüyündə yoxlanılır, amma bu yoxlama yalnız ixrac tərəfinə aiddir və Azərbaycan gömrüyünü əvəz etmir.

"“Temu” kimi platformalardan gələn bağlamalar əsasən Çindən yola düşür. Çin gömrüyü ixrac zamanı malları skan edir, sənədləri yoxlayır, qadağan olunmuş və ya təhlükəli yük olub-olmadığına baxır. Amma onların məqsədi Çindən çıxan malın qanuniliyini təmin etməkdir, Azərbaycanda həmin malın idxalına icazə var-yox, rüsumu ödənilibmi, standartlara uyğundurmu – bunu Çin yoxlamır. Azərbaycan gömrüyü isə öz qanunlarına görə idxal olunan hər yükə baxmağa borcludur. Çünki mal başqa məqsədlərlə də gətirilə bilər. Məsələn, bəyan olunandan fərqli mal çıxar, narkotik və ya silah gizlədilə bilər, sertifikatsız, saxta, sağlamlıq üçün zərərli məhsul ola bilər. Üstəlik 300 dollardan yuxarı sifarişlər rüsuma cəlb olunur. Ünvan sahibinin kim olduğunu, malın dəyərini, miqdarını dəqiqləşdirmədən rüsum hesablamaq olmur. Şahin Bağırovun dediyi kimi, “Temu” bağlamaları birdən-birə, elektron öncədən məlumat olmadan kütləvi şəkildə hava limanına yığılıb. Əvvəlcədən elektron manifest verilməyəndə gömrük hansı bağlamanın kimə çatdığını, içində nə olduğunu bilmir. Ona görə hər birini açır, yoxlayır, bu da gecikmə yaradır".

Həmsöhbətimiz malların yenidən yoxlanılmasının keyfiyyətə təsiri haqda məlumat verdi:

"Yenidən yoxlama malın keyfiyyətinə birbaşa təsir etmir. Gömrük malı korlamır, rentgen edir, şübhəli olanda açır. Amma bağlama çox qalanda, günəş altında, rütubətdə qalsa elektronika, paltar, kosmetika xarab ola bilər. Yəni keyfiyyətə təsiri yoxlamanın özündən yox, anbarda qalma müddətindən gəlir".

Akif Nəsirli məsələnin necə tənzimlənməli olduğundan da bəhs etdi:
"Birincisi, elektron öncədən məlumat sistemi məcburi olmalıdır. “Temu”, “Trendyol” kimi platformalar yükü təyyarəyə yükləməmişdən əvvəl bağlamaların siyahısını, alıcının VÖEN və ya FİN kodunu, malın adını, dəyərini Azərbaycan gömrüyünə göndərməlidir. Dünyada “pre-arrival data” adlanan bu sistem gecikməni 80 faiz azaldır. Türkiyə və Qazaxıstan artıq bunu tətbiq edib. İkincisi, risk analizi işləməlidir. Hər bağlamanı açmaq lazım deyil. Elektron məlumat varsa, sistem aşağı riskli bağlamaları yaşıl dəhlizlə buraxır, şübhəli olanları yoxlayır. Beləliklə həm qaçaqmalın qarşısı alınır, həm də vətəndaş malını tez alır.
Üçüncüsü, poçt operatorları və karqo şirkətləri məsuliyyət daşımalıdır. Onlar alıcıdan düzgün məlumat almalı, bəyan etməlidir. Əks halda cərimə olunmalıdır. İndi bir çox bağlamada “hədiyyə” yazılır, dəyəri aşağı göstərilir. Bu, gömrüyü məcbur edir ki, hamısını yoxlasın. Dördüncüsü, vətəndaş maarifləndirilməlidir. 300 dollar limit, qadağan olunmuş mallar, sertifikat tələb olunan məhsullar barədə aydın izahat olmalıdır. İnsan sifariş verəndə bilir ki, gömrükdə ilişə bilər".

Müsahibimiz sonda vurğuladı ki, Çin gömrüyünün yoxlaması Azərbaycan üçün yetərli deyil:

"Çünki hər ölkənin öz qanunu, rüsumu, təhlükəsizlik standartı var. Gecikmələrin səbəbi təkrar yoxlama yox, öncədən məlumatın olmaması və həcm artımına infrastrukturun hazır olmamasıdır. Elektron məlumat, risk analizi və karqo şirkətlərinin məsuliyyəti tətbiq olunsa, “Temu” bağlamaları da 2-3 günə çıxar".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri