“Google” ABŞ da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” ABŞ-da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, “Google” Nevada ştatında yerləşən məlumat mərkəzləri şəbəkəsini enerji ilə təmin etmək məqsədilə bərpa olunan enerji sahəsində fəaliyyət göstərən “Ormat Technologies” şirkətinin geotermal mənbələrindən istifadə etməyi planlaşdırdığını açıqlayıb.
Çərşənbə axşamı elan edilən elektrik enerjisi alqı-satqı sazişinin şərtlərinə əsasən, “Ormat” Nevada ştatında fəaliyyət göstərən və “Berkshire Hathaway Inc.” şirkətinə bağlı olan ictimai kommunal xidmət müəssisəsi “NV Energy” ilə mövcud tənzimləmə çərçivəsində “Google”a 150 meqavattadək elektrik enerjisi tədarük edəcək. “Ormat” bu enerjini hazırda inkişaf mərhələsində olan bir sıra yeni geotermal layihələr vasitəsilə istehsal etməyi hədəfləyir.
Şirkət bildirib ki, saziş ilk layihələrin kommersiya fəaliyyətinə başlaması ilə qüvvəyə minəcək və bunun 2028–2030-cu illər arasında baş verməsi gözlənilir. Qeyd olunub ki, razılaşma son layihənin istismara verilməsindən 15 il sonra başa çatacaq.
“Ormat”ın səhmləri 2023-cü ildən bəri ən böyük gündəlik artımı qeydə alaraq 8,1 faiz bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:188
Bu xəbər 17 Fevral 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















