Icma.az
close
up
RU
“Google” alətləri müəllimin işini necə dəyişir?

“Google” alətləri müəllimin işini necə dəyişir?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Elm və Təhsil Nazirliyi və “Google” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində təqdim olunan yeniliklər müəllimlərin işini daha səmərəli təşkil etməyə və müasir tədris yanaşmalarının tətbiqini dəstəkləməyə yönəlib”.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu “Google for Education” üzrə regional rəhbər Anna Artemyeva süni intellekt alətlərinin tətbiqi ilə bağlı danışarkən qeyd edib.

Regional rəhbər əlavə edib ki, “Google for Education”ın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığının mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Gemini” və “NotebookLM” kimi süni intellekt əsaslı alətləri, həmçinin geniş “Workspace” platformamızı birbaşa “Rəqəmsal məktəb” mühitinə inteqrasiya etməkdən məmnunuq. Bu texnologiyalar müəllimlər üçün düşüncə tərəfdaşı rolunu oynamaq, dərs planlaşdırılmasını sadələşdirmək, tədrisi fərdiləşdirmək və ən əsası, onların vaxtına qənaət edərək diqqətlərini əsas məqsədə - şagirdlərini ilhamlandırmağa yönəltmələrinə imkan yaratmaq üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Google şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində yaradılan “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb. Bu platformada qeydiyyatdan keçmiş müəllimlər “Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək edir.

İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan “Gemini” və “NotebookLM” müəllimlər üçün praktik və gündəlik istifadə yönümlü imkanlar təqdim edir.

“Gemini” dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim edilməsinə kömək edir.
“NotebookLM” müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see698

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see430

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see256

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see229

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see218

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see206

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see203

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see202

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see197

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see191

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see185

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see183

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see179

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see177

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri