Google əməkdaşlarına işdən könüllü çıxmaq üçün pul ödəməyə başladı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Google" ABŞ-də yerləşən əsas bölmələrinin əməkdaşları üçün könüllü istefa qarşılığında kompensasiya proqramını genişləndirib.
Oxu.Az-ın "The Verge" nəşrinə istinadla məlumatına görə, proqram artıq "DeepMind", "Google Cloud", "YouTube" və reklam bölməsinin əməkdaşlarını da əhatə edir.
İlkin olaraq bu təşəbbüs 2025-ci ildə "Platforms & Devices" bölməsi üçün nəzərdə tutulmuşdu. Bu bölmədə, o cümlədən "Pixel" və "Android" komandalarında yaz aylarında geniş ixtisarlar həyata keçirilmişdi. Proqram çərçivəsində əməkdaşlara minimum 14 həftəlik əməkhaqqı qədər kompensasiya təklif olunur. İstefa qərarı üçün son tarix 1 iyul 2025-dir.
Eyni zamanda, "Google" ofisə gəlmə tələblərini sərtləşdirir. Sentyabrdan etibarən ofisdən 80 km radiusda yaşayan əməkdaşlar həftədə azı üç gün iş yerində olmalıdırlar.
Yeni qaydalara əməl etməyənlər kompensasiya ilə işdən azad oluna bilərlər.
Baxış sayı:77
Bu xəbər 11 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















