“Google“ İsveçdə rekord məbləğdə cərimə ödəyəcək
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
İsveçdə Patentlər və Bazarlar Məhkəməsi "Google" şirkətinin üzərinə "PriceRunner" qiymət müqayisə xidmətinə antiinhisar qanunvericiliyini pozduğuna görə 14.3 milyard İsveç kronu (təxminən 1.47 milyard dollar) məbləğində təzminat ödəməsi öhdəliyini qoyub.
Moderator.az-ın xəbərinə görə, bu barədə İsveç məhkəmələrinin saytında məlumat verilib.
Nəşrdə bildirilir ki, iddia "PriceRunner" tərəfindən 2022-ci ilin fevral ayında qaldırılıb. Şirkət "Google"un axtarış nəticələrində öz qiymət müqayisə xidmətinə üstünlük verdiyini və bununla da rəqabət qanununu pozduğunu iddia edərək, 77 milyard kron tələb edirdi. Məhkəmə iddiaçının iddiasını qismən təmin edib.
"Kompensasiyanın məbləği İsveç antiinhisar qanunvericiliyinin pozulması işləri ilə bağlı indiyə qədər təyin edilən ən böyük məbləğdir", - deyə məhkəmənin nümayəndəsi Linda Kullberq qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 01 İyul 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















