Icma.az
close
up
RU
Google seçimini etdi: 13 milyard avro bu ölkəyə gedəcək

Google seçimini etdi: 13 milyard avro bu ölkəyə gedəcək

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Google" süni intellekt sahəsində daha bir böyük investisiyaya hazırlaşır. Şirkət Finlandiyada bu texnologiyanın inkişafı üçün milyardlarla avro xərcləyəcək.

“Yeni Sabah” xəbər verir ki, "Google" 2027 və 2028-ci illərdə Finlandiyaya ən azı 13 milyard avro investisiya yatıracaq.

Şirkətin məqsədi ölkədə süni intellekt üçün lazım olan infrastrukturu gücləndirməkdir. Bunun üçün yeni məlumat mərkəzləri tikiləcək, elektrik şəbəkələri yenilənəcək, təmiz enerji və batareya layihələri həyata keçiriləcək. Marqarita pizza

Bu investisiya "Google"un Avropada bir dəfəyə həyata keçirdiyi ən böyük layihə olacaq. Layihənin tikinti mərhələsində Finlandiyada 37 mindən çox iş yerinin dəstəklənəcəyi bildirilir. Məlumat mərkəzləri tam fəaliyyətə başladıqdan sonra isə mühəndis, təhlükəsizlik və texniki xidmət sahələrində minlərlə daimi iş yeri yaranacaq.

"Google" hesab edir ki, investisiya Finlandiyanın ümumi daxili məhsuluna hər il təxminən 3,6 milyard avro əlavə töhfə verə bilər.

Şirkət həmçinin Hamina, Kajaani, Muhos və Vaala bölgələrində yerli icmaları, təhsili və iqtisadi inkişafı dəstəkləmək üçün 4 il ərzində 31 milyon avro ayıracaq. Bu vəsait hesabına 4400-dən çox işçiyə süni intellekt sahəsində təlim veriləcək.

Bundan başqa, 100 Finlandiyalı tələbə məlumat mərkəzlərində işləmək üçün xüsusi təhsil proqramına cəlb olunacaq.

"Google" enerji təminatına da yatırım edəcək. Şirkət Finlandiyadakı Loviisa Atom Elektrik Stansiyasının fəaliyyət müddətinin uzadılması üçün 22 illik müqavilə imzalayıb. Bundan əlavə, ölkənin elektrik şəbəkəsinə yeni külək enerjisi güclərinin əlavə edilməsi və 94 meqavatlıq batareya sisteminin qurulması planlaşdırılır.

Finlandiyanın baş naziri Petteri Orpo "Google"un qərarını ölkənin güclü tərəflərinin göstəricisi kimi qiymətləndirib.

Finlandiyanın soyuq iqlimi məlumat mərkəzlərinin soyudulmasına daha az enerji sərf olunmasına imkan verir. Ölkənin aşağı karbonlu elektrik enerjisi imkanları da onu böyük texnologiya şirkətləri üçün əlverişli mərkəzə çevirir.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri