Icma.az
close
up
RU
Prezident Goranboyda açılış etdi Fotolar

Prezident Goranboyda açılış etdi Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Prezident İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:342
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri