Goranboyda kişi intihar məqsədilə sirkə turşusu içərək özünü bıçaqlayıb
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Goranboy rayonunda 42 yaşlı kişi sirkə turşusu içib və daha sonra özünə bıçaqla xəsarətlər yetirib.
Lent.az xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsi ərazisində baş verib. Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü X.Xudiyev xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, o, intihar məqsədilə əvvəlcə sirkə turşusu qəbul edib, daha sonra isə bıçaqla müxtəlif bədən nahiyələrinə xəsarətlər yetirib.
İlkin məlumata görə, X.Xudiyev borc problemi səbəbindən bu addımı atıb.
Qeyd olunur ki, o, Goranboy Rayon Mühafizə Polis Şöbəsində mülki mühafizəçi vəzifəsində çalışır. Hadisənin baş verdiyi ərazidə yerləşən mağazalardan birinin də mühafizəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















